Kimya İnstitutunda yeni katalitik sistem üzrə tədqiqat aparılıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 18 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal–polimer katalizatorları laboratoriyasının əməkdaşlarının elmi məqaləsi beynəlxalq elmi jurnalda çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Nikel kompleksinin formalaşması üçün kvaternizə olunmuş xitozan əsaslı daşıyıcılar :İQ və RFA üsulları ilə struktur xüsusiyyətlərinin tədqiqi” (Benzyl Chloride–Quaternized Chitosan as a Tailored Support for Nickel Complex Formation: Structural Insights from FTIR and XRD) adlı məqalə “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarında indekslənən, Q4 kateqoriyalı “Polymer(Korea)” jurnalında dərc olunub. Məqalədə benzil xloridlə kvaternizə edilmiş xitozan əsaslı polimer daşıyıcıların nikel komplekslərinin formalaşmasında effektivliyi tədqiq edilib. Araşdırmada benzil xloridlə kvaternizə olunmuş xitozan əsaslı polimer daşıyıcıların nikel komplekslərinin formalaşmasında rolu və effektivliyi araşdırılıb. Tədqiqat çərçivəsində FTIR və XRD analizləri vasitəsilə materialların struktur xüsusiyyətləri və metal–polimer qarşılıqlı təsirləri ətraflı şəkildə təhlil olunub.
Alınan nəticələrin perspektivdə benzolun selektiv hidrogenləşməsi kimi mühüm katalitik proseslərdə tətbiq olunması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 İyun 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















