Icma.az
close
up
RU
Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində azərbaycanlı alimlə görüş keçirilib

Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində azərbaycanlı alimlə görüş keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qahirə, 4 fevral, AZƏRTAC

Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri azərbaycanlı alim Seymur Nəsirovla görüş keçirilib.

AZƏRTAC Misir-Azərbaycan Dostluq Cəmiyyətinə istinadla xəbər verir ki, Misirin Vəqflər Nazirliyi tərəfindən təşkil olunan görüşdə Misirin yüksək vəzifəli şəxsləri, elm xadimləri və burada təhsil alan xarici tələbələr iştirak ediblər.

Tədbirdə İslam İşləri Üzrə Ali Şuranın baş katibi professor Məhəmməd əl-Bəyyumi Seymur Nəsirovun elmi, ictimai və mədəni fəaliyyətlərinin Misir ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini və onun ölkədə təhsil alan tələbələr üçün böyük bir nümunə olduğunu qeyd edib.

S.Nəsirov fəaliyyəti haqqında, Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrdən geniş söhbət açıb. Azərbaycanlıların Misirin inkişafına verdiyi töhfələrdən danışan tədqiqatçı-alim Misiri işğaldan azad edən Səlahəddin Əyyubinin əslən azərbaycanlı olduğuna dair ərəb mənbələrinin yekdil fikirdə olduğunu qeyd edib. O, eyni zamanda, Misirin baş həkimi Fəthullah ibn Nəfis və baş qazi Əfzələddin əl-Xoncinin əslən azərbaycanlı olduğunu iştirakçıların diqqətinə çatdırıb.

O, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən də geniş bəhs edib. Bildirilib ki, Cəmiyyətin fəaliyyətinin əsas məqsədi xalqlar arasında dostluğun möhkəmləndirilməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsidir. Burada Azərbaycan və ingilis dilləri, “Qurani-Kərim”in qiraətləri, ərəb dilinin qrammatikası və ədəbiyyat, bəlağət və məntiq elmi, xəttatlıq, dekorasiya, xalçaçılıq və yerli muğam (məqam) sənəti tədris olunur. Hazırda Cəmiyyətin nəzdindəki kurslarda 59 ölkədən 600-dən çox gənc müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.

Qeyd edək ki, 1969-cu ildən keçirilən Qahirə sərgisi Yaxın Şərqin ən böyük kitab sərgisidir. Frankfurt sərgisindən sonra 2006-cı ildə dünyada ən böyük ikinci kitab sərgisi hesab edilib. Ötən il sərgini 5 milyona yaxın insan ziyarət edib. Sərgiyə 80 ölkədən 1300-dən artıq nəşriyyat qatılıb.

Tədbir Misir mediası tərəfindən geniş işıqlandırılıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri