XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Müasir gürcü poeziyasının antologiyası” kitabının təqdimatı keçirilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 2 oktyabr, AZƏRTAC
XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Müasir gürcü poeziyasının antologiyası” kitabının təqdimatı olub. Kitabı Azərbaycan dilinə Gürcüstan Yazıçılar İttifaqının üzvü Allahverdi Təkləli tərcümə edib.
AZƏRTAC xəbər verir ki, kitab “Alatoran” nəşriyyatının dəstəyi ilə çap olunub.
Antologiyada müasir gürcü şairləri olan Corci Lobanidze, Erakle Deisadze, İrma Beridze, Soso Meşvaliani, Şalva Bakuradze, Corci Balxasaşvili, Ninuki Koiava, Akaki Kabridze, Salome Lominadze, Nataliya Beitrişvili və Tiko Kolotaşvilinin əsərləri yer alıb.
Tədbir iştirakçıları vurğulayıblar ki, antologiyanın nəşri Azərbaycan və Gürcüstan arasında mədəni dialoqun möhkəmlənməsinə mühüm töhfədir, qonşu ölkənin poetik irsinin daha geniş tanıdılmasına xidmət edir və xalqlar arasında dostluq körpüsü rolunu oynayır.
Qeyd olunub ki, bu cür təşəbbüslər ədəbi əlaqələrin daha da inkişafı üçün yeni imkanlar açır, qarşılıqlı anlaşmanı genişləndirir və milli ədəbiyyatların beynəlxalq miqyasda tanıdılması üçün möhkəm zəmin yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 02 Oktyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















