Icma.az
close
up
RU
Qahirədə rabitə mərkəzində yanğın: 22 yaralı

Qahirədə rabitə mərkəzində yanğın: 22 yaralı

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Misirin paytaxtı Qahirədəki böyük bir rabitə mərkəzində baş verən yanğında 22 nəfər yaralanıb və ölkənin telekommunikasiya və internet infrastrukturunda nasazlıqlar müşahidə olunub.

Xalqcebhesi.az xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, Qahirə şəhərinin mərkəzində yerləşən Ramses Mərkəzi binasında baş verən yanğında 14 nəfərin yaralandığı və yaralıların müalicə üçün Ramses küçəsindəki Qıpti Xəstəxanasına göndərildiyi bildirilib.

Nazirliyin sözçüsü Hüssam Əbdülqəffar yerli mediaya verdiyi açıqlamada yaralı sayının 22-yə çatdığını, xəstələrin əl-Kattamiye, əl-Munira və əd-Dəmirdaş xəstəxanalarına köçürüldüyünü deyib.

Əbdülqəffar bildirib ki, yaralanmaların əksəriyyəti boğulma və birinci dərəcəli yanıq səbəbilə baş verib və bütün yaralıların səhhəti stabildir.

Misirin rəsmi xəbər agentliyi MENA-nın məlumatına görə, Qahirə Mülki Müdafiə Baş İdarəsinin əməkdaşları yanğını söndürdükdən sonra binada yenidən alovlanma ehtimalına qarşı soyutma işlərinə başlayıblar.

Dövlətə məxsus Misir Telekommunikasiya Şirkəti yanğınla bağlı açıqlamasında, mülki müdafiə qüvvələri ilə birgə sürətli müdaxilə edildiyini, alovun yayılmasının qarşısını almaq və işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə binanın elektrik təchizatının tamamilə kəsildiyini bildirib.

Yanğın səbəbilə bəzi telekommunikasiya xidmətlərində müvəqqəti fasilələr yaşandığı qeyd olunub.

Açıqlamada, “Yanğının söndürülməsi tamamlandıqdan sonra təsirlənmiş bütün xidmətlər müəyyən ediləcək, zərər çəkmiş istifadəçilərin problemləri aradan qaldırılacaq. Texniki heyətlər xidmətləri ən qısa zamanda bərpa etmək üçün işə başlayıb,” – deyə bildirilib.

Dövlətə bağlı Media İstehsalat Şəhərinin verdiyi açıqlamada isə yanğının şəhərdə yayımlanan peyk kanallarındakı tok-şou və canlı yayımlara təsir etmədiyi və etməyəcəyi vurğulanıb. Təsirin yalnız internet, stasionar və mobil rabitə xidmətləri ilə məhdud olduğu, buna görə də bəzi prodüserlərin qonaqlar və mənbələrlə əlaqə qurmaqda çətinlik çəkdiyi bildirilib.

Misir Milli Dəmir Yolları İdarəsi isə ölkə üzrə bilet rezervasiya sistemində yaşanan nasazlığa görə üzr istəyib, problemin internetin kəsilməsi ilə bağlı olduğunu və nəzarət xaricində baş verdiyini qeyd edib.

Digər tərəfdən, Giza Valiliyi yanğın səbəbilə valiliyin təcili yardım xəttində texniki nasazlıq baş verdiyini bildirib və vətəndaşlara xidmətlər bərpa olunana qədər alternativ telefon xətlərindən istifadə etməyi tövsiyə edib.

Misir Mülki Aviasiya Nazirliyinin açıqlamasında da rabitə və internet infrastrukturundakı qəfil kəsintilər səbəbilə bəzi uçuşların yola düşməsində məhdud gecikmələr yaşandığı qeyd olunub. Nazirlik bildirib ki, təsdiqlənmiş fövqəladə vəziyyət planı işə salınıb və bütün uçuşların ləğv edilmədən həyata keçirilməsi üçün zəruri koordinasiya təmin olunub.

Açıqlamada yalnız məhdud sayda beynəlxalq uçuşun alternativ marşrutlara yönləndirildiyi və bu uçuşlarda əməliyyat prosedurlarının icrası üçün işlərin davam etdiyi bildirilib.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 İyul 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri