Parabadmintonçumuz Qahirədə fərqlənib
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Misirin paytaxtı Qahirədə təşkil edilən beynəlxalq turnirdə Azərbaycan parabadmintonçusu İbrahim Əliyev 2 mükafat qazanıb.
Təmsilçimiz həm fərdi yarışda, həm də türkiyəli Sedat Tumkaya ilə birlikdə çıxış etdiyi qoşa yarışda 2 bürünc medal alıb. O, təklərin qrup mərhələsində misirli və hindistanlı rəqiblərini məğlub edərək 1/8 finala vəsiqə qazanıb. İdmançı ardıcıl iki mərhələdə hindistanlı rəqibləri üzərində qələbə qazanıb və yarımfinaladək irəliləyib. Qoşa yarışda isə qrup mərhələsini misirli və hindistanlı rəqibləri üzərində iki qələbə ilə başa vuran İ.Əliyev və S.Tumkaya tandemi 1/4 finalda da hindistanlı rəqiblərini məğlub edib və turniri yarımfinalda başa vurub.
Qeyd edək ki, yarış “Grade 2” kateqoriyasına daxil edilən Beynəlxalq Badminton Federasiyasının təsnifat turniridir.
L.QURBANOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 27 Yanvar 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















