Icma.az
close
up
RU
Qaiser Navab: Azərbaycan nümayiş etdirdi ki, bütün dünya ictimaiyyətini bir araya gətirmək gücünə malikdir AZƏRTAC

Qaiser Navab: Azərbaycan nümayiş etdirdi ki, bütün dünya ictimaiyyətini bir araya gətirmək gücünə malikdir AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 noyabr, AZƏRTAC

“Biz Pakistanda 2022-ci ildə daşqın yaşadıq. Daşqın nəticəsində ölkəmiz çox ciddi ziyan gördü. Bu iqlim hadisəsi həqiqətən də böyük bir fəlakət idi. Daşqın nəticəsində xeyli insan didərgin düşdü. Onların böyük əksəriyyəti qadın və uşaqlar idi”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili, pakistanlı ekspert Qaiser Navab deyib.

Onun sözlərinə görə, iqlim problemləri təkcə təbiətə ziyan vurmaqla deyil, eyni zamanda dolayı yolla gənc qadınların, uşaqların da həyatına mənfi təsir edir. Pakistanlı ekspert qeyd edib ki, bəşəriyyət iqlim dəyişikliyinə görə narahatdır: Qaiser Navab inkişaf etmiş ölkələrin iqlim fəlakətlərinə görə məsuliyyət daşıdığını qeyd edib.

O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29-un təşkilatçılığının mükəmməl, çoxtərəfli olduğunu diqqətə çatdırıb: “Bu, dünyanın ən böyük forumlarındandır. Qlobal ictimaiyyət bu günün ən böyük problemlərindən birini, yəni iqlim dəyişikliyini müzakirə etməyə gəlir. Azərbaycan dünyaya göstərdi ki, onlar bütün dünya ictimaiyyətini bir araya gətirə və hər kəsə aid olan problemi müzakirə edə bilərlər”.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili COP29-da xidmət göstərən könüllülərin hamını təsirləndirdiyini bildirib. “Bu yeni konsepsiyadır. Biz bu günə qədər olan COP-larda könüllülərin fəaliyyətini görməmişik. Onlar qonaqları mehriban və səmimiyyətlə qarşılayırlar”,- deyə qonaq qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri