Icma.az
close
up
RU
“Qalatasaray” 6 illik həsrətə son qoydu

“Qalatasaray” 6 illik həsrətə son qoydu

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Çərşənbə günü 1962-ci ildən keçirilən Türkiyə kubokunda 63-cü mövsümə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, “Qalatasaray” aşkar favorit sayılsa da, “Trabzonspor”un layiqincə müqavimət göstərəcəyini gözləyənlər az deyildi. Özü də ötən həftəsonu Trabzon təmsilçisi bu rəqibə evdə uduzmuşdu. Amma Fatih Təkkənin komandası yenə meydanda bir varlıq göstərə bilmədi.
Daha doğrusu, “Qalatasaray” növbəti dəfə hazırda Türkiyə futbolunda rəqib tanımadığını göstərdi. Oyun Barış Alpər Yılmazın erkən qolu ilə start götürdü. Qaradənizlilər ən real fürsəti yarım saatın tamamında yaxaladılar. Sançesdən topu oğurlayan Ozan Tufan qapıçı Günay Güvənclə dueldən məğlub ayrıldı. Okan Burukun bu mövsüm bütün kubok oyunlarında start heyətində şans verdiyi bu qapıçı finalda ən həlledici məqamda səhnəyə çıxmaqla qələbəyə töhfəsini verdi.
İkinci hissə şübhəli qolla başladı. Osimhen Okay Yokuşlunun qarşısını kəsərək topa sahib çıxdı və Uğurcanı məyus etdi. Trabzonlular uzun müddət hakimə etiraz etsələr də, Cihan Aydının qərarı dəyişmədi. Vəziyyəti dəyişmək üçün hücuma atılan və müdafiədə boşluqlar buraxmağa başlayan “Trabzonspor” çox keçmədən növbəti dəfə mərkəzə dəvət olundu. Osimhen Yunus Akgünün gözəl keçidindən və ötürməsindən sonra çətinlik çəkmədən topu tora göndərdi. Hər üç qolda hesabına məhsuldar ötürmə yazan Yunus da finalın qəhrəmanlarındanm biri oldu.
Beləliklə, “Qalatasaray” 6 illik həsrətə son qoydu və Okan Burukun dönəmində Türkiyə daxilində qazana bilmədiyi yeganə titul olan ölkə kubokuna da sahib çıxdı. Komanda sonuncu dəfə 2019-da finalda “Akhisarspor”u yenməklə ölkə kubokunu qazanmışdı. “Trabzonspor”un medal almağa çıxmaması diqqəti çəkdi.
final
Trabzonspor – Qalatasaray 0:3

Barış Alpər Yılmaz, 5. Osimhen, 46; 63.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Saviç, Bataqov (Lundstram, 45+2), Mustafa Eskihellaç, Okay Yokuşlu (Draquş, 60), Mendi (Sərdar Saatçı, 80), Zubkov, Ozan Tufan (Çam, 80), Nvakaeme, Banza (Visça, 60).
Qalatasaray: Günay Güvənc, Şallai, Sançes, Əbdülkərim Bardakcı (Kaan Ayhan, 72), Ərən Elmalı (Yakobs, 78), Torreyra, Lemina (Kərəm Dəmirbay, 72), Yunus Akgün, Sara (Morata, 62), Barış Alpər Yılmaz, Osimhen (Mertens, 72).
Faktlar
* Qalatasaray” Türkiyə kubokunda keçirdiyi 24-cü finalda 19-cu qələbəsini qazandı. Hər iki göstərici bu turnirin rekordudu. Kuboku ən çox qazanan klubların siyahısında 2-ci pillədə qərarlaşan “Beşiktaş”ın 11 titulu var.
* “Trabzonspor” 17-ci dəfə kubokun finalında iştirak etdi və 10-cu dəfə uduzdu. Finalda məğlubiyyət baxımından antirekord “Fənərbaxça”ya (11) məxsusdu.
* “Qalatasaray” kubokun finalında 4-cü dəfə “Trabzonspor”la qarşılaşdı və 3-cü qələbəsini qazandı. Buna qədər “sarı-qırmızılar” bu rəqiblə oyunlarda 1976 və 1985-ci illərdə sevinmişdi. Qaradənizlilər isə 1995-də üstün olub.
* Türkiyə kubokunu 40-cı dəfə yerli məşqçi qazandı. Əcnəbi mütəxəssislər 23 dəfə qalib olub ki, onların arasında ən çox almanlar (5 dəfə) və ingilislər (4) sevinib.
* Osimhen “Qalatasaray”ın heyətində 39-cu rəsmi oyunda vurduğu qolların sayını 35-ə çatdırdı. O, 2000/01-də 43 oyuna 34 dəfə fərqlənən Mario Jardelin rekordunu geridə qoydu və klub tarixində bir mövsümə ən çox qol vuran əcnəbi futbolçuya çevrildi!
* Osimhen “Qalatasaray” tarixində kubokun finalında dubl edən ilk əcnəbi futbolçu oldu!
* Daha öncə 2018-də “Akhisarspor”un başında bu titulu qazanan Okan Buruk Türkiyə futbolu tarixində iki fərqli komanda ilə kuboku qazanan 5-ci məşqçi oldu. Ona qədər bunu Aykut Kocaman (Konyaspor, Fənərbaxça), Necdet Niş (Fənərbaxça, Sakaryaspor), Samet Aybaba (Gənclərbirliyi, Trabzonspor) və Mustafa Dənizli (Qalatasaray, Beşiktaş) bacarmışdı.
* Okan Buruk futbolçu (5) və baş məşqçi (2) kimi ölkə kubokunu ümumilikdə 7-ci dəfə qazanmaqla bu göstəricidə yeni rekord müəyyənləşdirdi! Xatırladaq ki, Türkiyə çempionluğunu də həm futbolçu (7), həm də baş məşqçi (3) kimi hamıdan çox qazanan futbol adamı məhz Burukdu!
* “Qalatasaray” Türkiyə kubokunda iştirak etdiyi ardıcıl 8-ci finaldan qələbə ilə ayrıldı! Komanda sonuncu dəfə finalda 1998-ci ildə məğlub olub. Həmin vaxt “Beşiktaş” penalti seriyasında üstün olmuşdu.
* Muslera 7-si çempionluq, 5-i ölkə kuboku və 6-sı ölkə superkuboku olmaqla Türkiyə karyerasnda 18-ci titulunu qazandı. Bununla da o, Türkiyə futbol tarixinin ən çox titul qazanan futbolçusu statusunda olan Bülənt Korkmazı yaxaladı. Yəni Muslera həftəsonu daha bir çempionluq qazandıqdan sonra bu göstəricidə Türkiyə futbolunun yeni rekordçusu olacaq!
* “Qalatasaray” “Trabzonspor”u ardıcıl 6-cı rəsmi oyunda məğlub edərək bu rəqibə qarşı ən yaxşı qələbə seriyasını təkrarladı. “Sarı-qırmızılar”ın daha öncə belə seriyası 2001-03-cü illərdə olmuşdu.
* “Trabzonspor” son 15 ildə kubokun finalında ardıcıl iki mövsüm uduzan ilk komandadı. Sonuncu dəfə bu aqibəti 2009 və 2010-cu illərdə “Fənərbaxça” yaşamışdı. Trabzonlular ötən mövsüm finalda “Beşiktaş”a uduzmuşdular (2:3).
Oyundan sonra
Fatih Təkkə, “Trabzonspor”un baş məşqçisi:

“Öncə “Qalatasaray”ı təbrik etmək istəyirəm. Təəssüf ki, bura bizi dəstəkləməyə gələn fanatlarımızı sevindirə bilmədik. Məşqdə üzərində çox çalışdığımız epizoddan erkən bir qol buraxdıq. Bəzən qismətdən qaçmaq olmur. Bu azmış kimi, ən yaxşı müdafiəçimiz Bataqov zədələndi. Okay Yokuşlunu onun mövqeyinə çəkəndən sonra irəlidə gücümüz azaldı. Ozan Tufanın qaçırdığı epizod matçın qırılma anı oldu. Ümumiyyətlə, oyunun qırılma anları, bir qayda olaraq, əleyhimizə oldu. İkinci hissə başlayan kimi 2-ci qolu buraxdıq. Halbuki yüzfaizlik qayda pozuntusu var idi. Çox üzgünəm. Bundan daha artığını sərgiləməli, daha istəkli olmalıydıq. Təbii ki, mövsümün gedişində qəbul etdiyim komanda ilə finala yüksəlməyin özü artıq dəyərli nəticədi. Amma biz bura kuboku qazanmaq üçün gəlmişdik. Üzülmək, ağlamaq kimi hisslər insanı daha da zəif edir. Həvəsdən düşməyəcəyik. Yeni mövsümün komandasını düzgün inşa etmək üçün addımlar atacağıq. Elə etməliyik ki, güclü heyətə malik rəqiblərlə başabaş oynamağı bacaraq”.


Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Hər iki komandanı və fanatları təbrik edirəm. Bu atmosfer oyunçuları daha da motivasiyalandırdı. Qələbə bizim olsa da, “Trabzonspor” da çox əmək sərf etdi. Ümumilikdə rəqib üzərində önəmli bir üstünlük qurduq. Kuboku qazanmaq bizim üçün mühüm əhəmiyyət daşıyırdı. Bu gözəl əhval-ruhiyyə ilə həftəsonu çempionluğu da qazanmaq istəyirik. Daim qazanan komanda olmaq qürurvericidi. Qrup mərhələsində müəyyən çətinliklərlə üzləşmişdik. Həmin vaxt ağır təqvimdən keçirdik və rotasiyaya əl atmalı olurduq. Qrupun son oyununda “Konyaspor”la bərabərə qalıb “feyr-pley” sayəsində pley-offa yüksəldik. Amma sonradan “Fənərbaxça” və “Konyaspor” ilə səfər matçlarında əla təsir bağışlamaqla kuboku qazanmağı nə qədər çox istədiyimizi göstərdik. “Trabzonspor”un medal almağa çıxmamasına hörmətlə yanaşıram. Bunun bizimlə bağlı olmadığını bilirəm. Onların öz düşüncələri var. Bu addımı atmaqla, yəqin ki, nəyəsə etiraz ediblər. Biz mövsümün əvvəlində superkubokda “Beşiktaş”a uduzandan sonra rəqibi təbrik etmişdik. Amma bəzən məğlub komandanın medalı qəbul etməsi çətin olur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 May 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see256

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see246

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see245

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see241

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see238

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see228

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see226

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see224

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see214

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see200

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see199

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see199

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see198

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see197

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see192

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see191

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see188

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see186

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri