Qalatasaray Avropa nəhənginin gülməli təklifinə cavab verdi
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Avropanın bir sıra nəhəng klubları "Qalatasaray"ın ulduzu Barış Alper Yılmazı transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, bəzi klublar futbolçu üçün təklif göndərib. "Hürriyet" qəzetinin xəbərinə görə, İtaliyanın “Latsio” klubu Alper üçün 20 milyon avto təklif edib. Bildirilir ki, "Qalatasaray" bu məbləği gülməli hesab edib. Məlumata görə, Türkiyə nəhəngi futbolçu üçün azı 30 milyon avro tələb edir. Xəbərdə deyilir ki, klub, mövsümün fasiləsində futbolçunun transferinə razılıq verməyib. Uyğun təklif gələrsə, mövsümün sonunda nəzərdən keçiriləcək. "Everton", "Aston Villa", "Nyukasl Yunayted", "Vest Hem Yunayted" kimi klubların da Barış Alperin xidmətində maraqlı olduğu irəli sürülür.
Qeyd edək ki, Barış Alper bu mövsüm Türkiyə Superliqasında 10 qola imza atıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 20 Yanvar 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















