“Qalatasaray“ azarkeşləri Monako knyazının bacısı oğluna hücum ediblər
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Türkiyənin "Qalatasaray" klubunun azarkeşləri Selman B. və Hasan B. Monako şahzadəsi Stefaniya Mariya Yelizaveta Qrimaldinin oğlu və Monako Knyazı ll Albertin bacısı oğlu Lui Dükreyə hücum ediblər.
Hadisə dekabrın 9-da UEFA Çempionlar Liqasının "Monako" - "Qalatasaray" (1:0) matçından sonra baş verib.
Parisdə yaşayan ata və oğul matça baxmaq üçün Monakoya gediblər. Oyundan sonra onlar qarşılaşmanın keçirildiyi II Lui stadionunun VIP tribunasında 33 yaşlı Dükreyə və iki dostuna hücum ediblər.
Polis insidentdən sonra türk azarkeşləri saxlayıb. Hakim qarşısına çıxarılan ata və oğula iki ay müddətinə təxirə salınmış həbs cəzası verilib. Onlar həmçinin Dükreyə min avro təzminat ödəməli olacaqlar. Azarkeşlərin üç il ərzində Monakoya girişi də qadağan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 14 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















