Icma.az
close
up
RU
Azərbaycanın dünya boksunda 8 ci qızılı

Azərbaycanın dünya boksunda 8 ci qızılı

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın dünya boksunda 8-ci qızılı

Medianın İnkişafı Agentliyinin layihəsi

Son illərdə ölkəmizdə populyar idman növlərindən biri də boksdur. Bunun sübutudur ki, Azərbaycan təmsilçiləri qatıldıqları bir çox beynəlxalq yarışdan medallarla qayıtmağı bacarırlar. Düzdür, problemlər də az deyil.

Amma bu gün müsbət nümunə Sübhan Məmmədovdan bəhs edəcəyik. Onun cəmi 19 yaşı olsa da, artıq kişilər arasında dünya çempionudur!

Ötən gün 48 kq çəki dərəcəsində mübarizə aparan Sübhan Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

O, 1/6 finalda Joey Kanoya (Filippin), 1/8 finalda Mehron Şafiyevə qalib gəlib. Sübhan 1/4 finalda Şodiyorjon Melikuzyevi (Özbəkistan) üstələyib. Yarımfinalda Sahil Alahverdovini məğlub edib. İdmançımız həlledici qarşılaşmada isə Rusiyanı təmsil edən erməni əsilli Edmond Xudayanla üz-üzə gəlib.

S.Məmmədov rəqibini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin an onun rəqibinin məğlubiyyətdən az qala yanıb-töküldüyü (özü də özlərinə hələ də düşmən gözü ilə baxdıqları azərbaycanlılara) video sosial medianın Azərbaycan seqmentini bəzəyən paylaşımlardandır.

Ümumilikdə kişilərdən ibarət Azərbaycan millisi mundialı 1 qızıl və 2 bürünc medalla başa vuraraq 120 ölkə arasında komanda hesabında 4-cü yeri tutub. Elə mundialda qızıl medal qazanan ölkələrin sayı da cəmi 4-ə bərabərdir. Rusiya 1-ci (7 qızıl, 5 gümüş, 1 bürünc), Qazaxıstan 2-ci (3 qızıl, 1 gümüş, 2 bürünc), Özbəkistan isə 3-cü olub( 2 qızıl, 4 gümüş, 3 bürünc).

Əlbəttə ki, S.Məmmədovun 19 yaşında belə bir yüksək uğura yiyələnməsi olduqca müsbət haldır. Amma xatırlamaq lazımdır ki, bu, Azərbaycan boks tarixi üçün ilk dünya çempionluğu deyil. Sübhan Məmmədovun dünya çempionatında qazandığı qələbə Azərbaycan üçün mundiallarda səkkizinci "qızıl" olub. 

Daha əvvəl dünya çempionatlarında Ağası Məmmədov, Cavid Çələbiyev, Elvin Məmişzadə, Maqomedrəsul Məcidov (3 dəfə) və Alfonso Dominqes də qalib olublar.

Ağası Məmmədov 2001-ci ildə Taylanddakı dünya çempionatında gümüş, 2003-cü ildə Finlandiyadakı mundialda qızıl medala yiyələnib. Cavid Çələbiyev 2013-cü ildə Qazaxıstanda birincilik qazanıb. Elvin Məmişzadə 2015-ci ildə Qətərdə bayrağımızı dalğalandırıb. Maqomedrəsul Məcidov 2011-ci ildə Bakıda, 2013-cü ildə Qazaxıstanda, 2017-ci ildə isə Almaniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Alfonso Dominqes 2021-ci ildə Serbiyada himnimizi səsləndirməyi bacarıb. Sübhan Məmmədovun qızıl medalı isə Azərbaycan boks məktəbinin layiqli, güclü və iddialı boksçular yetişdirməyə davam etdiyinin göstəricisidir. Həmçinin bu "qızıl"ı legioner yox, məhz əsli və özü azərbaycanlı olan boksçumuzun qazanması ikiqat sevinc doğurur.

Daha əvvəl Azərbaycan boks millisinin böyük məşqçisi Nəriman Abdullayev də QOL.az saytına açıqlamasında ölkəmizdə boksun inkişaf dinamikasının sürətləndiyini bildirmişdi. O, hələ 1 ay əvvəl, yəni dünya çempionatından öncə Sübhan Məmmədov haqda danışmış, xoş sözlər səsləndirmiş və ondan uğurlu nəticələr gözlədiyini demişdi. N.Abdullayev gənc boksçulardan danışarkən Sübhanın çox fərqli idmançı olduğunu vurğulamışdı: 

“Qızlardan ibarət boksçularımızdan Aynur Mikayılovanı fərqləndirərəm. Çox gəncdir, az döyüş keçirib, amma perspektivi böyükdür. Ümid edirəm ki, yaxşı nəticə göstərəcək. Kişilərdən isə Sübhan Məmmədovun adını çəkərəm. O, bir tapıntıdır. Sübhan çox fərqli boksçudur. Dünya çempionatında da iştirak etdi (gənclər arasında). Gözəl döyüşdü. Güclü boksçu ilə qarşılaşdı. Biz onun məğlub olduğunu hesab etmirik. Çox gəncdir. İnşallah, qarşıdakı dünya çempionatında yaxşı nəticələr qazanacaq. Yəni, perspektivli boksçularımız var. Biz də onların üzərində işləyirik". 

Bunu da xatırladaq ki, BƏƏ-dəki mundialda 1-ci yeri tutan boksçuya görə 300 min ABŞ dolları ayrılıb. Qaydalara əsasən, bu məbləğin 50 faizi idmançıya, 25 faizi məşqçiyə, qalan 25 faizi isə milli federasiyaya ödənilir.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://qol.az
archiveBu xəbər 14 Dekabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri