Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

“Qalatasaray” Frankfurtu fəth edə biləcəkmi?

“Qalatasaray” Frankfurtu fəth edə biləcəkmi?

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Yeni formatla keçirilən Çempionlar Liqasının 2-ci mövsümü artıq “qapımızı döyür”.

"Football-plus.az" xəbər verir ki, “Qarabağ”, eləcə də “Kayrat” və “Qalatasaray” amili üzündən budəfəki liqa mərhələsi azərbaycanlı futbolsevərlər üçün daha böyük maraq doğuracaq. İlk turun üç günə bölüşdürülməsi sizi təəccübləndirməsin. UEFA ötən mövsüm də avrokubokların liqa mərhələsində ilk həftəni ÇL-ə həsr etmişdi. İndi isə turun afişasına qısaca nəzər salaq. “Benfika” – “Qarabağ” matçının afişasıyla 4-cü səhifədə tanış ola bilərsiz.
“Real” 200-yə və 700-yə çatacaqmı?
Mövsümə Bilbao və Eyndhovendə start veriləcək. “Atletik” ötən mövsüm AL-də keçirdiyi ilk 6 ev oyunundan qələbə ilə ayrılmışdı. Bu seriya yarımfinalda İngiltərə təmsilçisi “Mançester Yunayted”lə oyunda qırıldı. Bu dəfə “San Mames”ə İngiltərənin digər nəhəngi “Arsenal” gəlir. Ötən mövsüm “Real”ı hər iki oyunda məğlub edən “topçular” hazırda İspaniya klublarına qarşı 5 oyunluq qələbə seriyasına malikdi. PSV isə avrokubokların qrup/liqa mərhələsində evdəki 11 oyunluq məğlubiyyətsiz seriyanı davam etdirməyə çalışacaq. “Yuventus”la “Borussiya” bir-biri ilə qarşılaşan kimi 1997-ci ildəki final yada düşür. “Yuve” bu rəqibə qarşı 9 rəsmi oyunun yalnız ikisində məğliub olub ki, bunlardan biri də məhz həmin finalda qeydə alınıb (1:3). Bu turnirdə hesabında 199 qələbə və 698 qol olan “Real” ən azı iki qolla qalib gəlsə, mühüm bir göstəriciyə nail olacaq. Madrid nəhəngi turnirin tarixində 200 qələbə və 700 qol həddinə çatan ilk klub olacaq. 1993/94-də Kuboklar Kubokunun 1/4 finalında PSJ ilə oyundakı minimal hesablı məğlubiyyət “Real”ın indiyə qədər Fransa təmsilçilərinə qarşı evdə keçirdiyi 17 oyundakı yeganə uğursuzluğudu (12 qələbə, 4 heç-heçə). “Marsel”in isə ÇL-də keçirdiyi son 21 qarşılaşmanın 18-də məğlub olması diqqəti çəkir (3 qələbə). İkiillik fasilədən sonra ÇL-ə qayıdan “Tottenhem” “Vilyarreal”ı sınağa çəkəcək. Maraqlıdı ki, “Tottenhem” ispanlara (14 oyun, 2 qələbə, 5 heç-heçə, 7 məğlubiyyət), “Vilyarreal” isə ingilislərə qarşı (son 20 oyunda 2 qələbə, 9 heç-heçə, 9 məğlubiyyət) uğursuz oynayır. London klubunun avrokuboklarda son 20 ev oyununda uduzmadığını da xüsusi qeyd edək (16 qələbə, 4 heç-heçə).
“Çelsi” “Bavariya”nın ev seriyasını bitirməyə çalışacaq
2-ci oyun günündə futbolsevərləri intriqalı oyunlar gözləyir. Yenə bu turnirin finalında qarşılaşmış cütlər gözə dəyir. Söhbət “Ayaks”la “İnter”in, eləcə də “Bavariya” ilə “Çelsi”nin duelindən gedir. 1972-ci ildə Rotterdamda keçirilən ÇK-nın finalında Amsterdam nəhəngi 2 cavabsız qolla Milan nəhəngindən üstün olmuşdu. Amma “Ayaks”ın italyanlara qarşı hazırda 7 oyunluq qələbəsiz seriyası var “Bavariya” fanatları isə “Çelsi” ilə finalı xatırlamağı xoşlamır. Çünki münhenlilər 2012-ci ildəki finalda bu rəqibə penalti seriyasında məğlub olmuşdular. Özü də doğma meydanda! Düzdü, 2019/20-nin 1/8 finalında “Bavariya” ümumilikdə 7:1 hesabıyla qalib gələrək qisasını artıqlamasıyla almışdı. “Çelsi” “rekordmayster”in ÇL-in qrup/liqa mərhələsində evdəki 34 oyunluq məğlubiyyətsiz seriyasına qon qoymağa çalışacaq (32 qələbə, 2 heç-heçə). Son məğlubiyyət 2013-ün dekabrında “Mançester Siti” ilə oyunda qeydı alınıb (2:3). “Böyük beşliy”in daha iki güclü təmsilçisinin – “Liverpul” ilə “Atletiko”nun dueli də maraq doğurur.
Ötən mövsüm liqa mərhələsində Madridin digər nəhəngi “Real” “Enfild”dən xalsız və qolsuz ayrılmışdı (0:2). Ümumiyyətlə, “Liverpul” avroubokların qrup/liqa mərhələsində keçirdiyi son 14 ev oyununun hamısında qalib gəlib və bunların 13-də ən azı 2 qol vurub! “Atletiko”nun əleyhinə olan daha bir məqam odu ki, bu komanda indiyə qədər ÇL-in qrup/liqa mərhələsində ingilislərə qarşı keçirdiyi 8 oyunun hamısında qələbəyə həsrət qalıb (4 heç-heçə, 4 məğlubiyyət). Kvaratsxeliya, Dembele, Due kimi liderlərini zədə üzündən itirən PSJ “Atalanta”nı sınağa çəkəcək. Paris nəhəngi italyanlara qarşı son 12 oyunun yalnız 1-də uduzub (5 qələbə, 6 heç-heçə). “Atalanta”nın isə fransızlara qarşı 5 oyunda 1 məğlubiyyəti var. Həmin uğursuzluq 2019/20-də ÇL-in 1/4 finalında məhz elə PSJ ilə oyunda qeydə alınıb (1:2). “Slaviya” ilə “Bude/Qlimt”in duelində ÇL tarixində ilk dəfə Çexiya və Norveç təmsilçisi üz-üzə gələcək. Təsnifat mərhələlərində əla nəticələr əldə edərək Kiyev “Dinamo”su ilə “Srvena Zvezda”nı mübarizədən kənarlaşdıran və tarixində ilk dəfə liqa mərhələsinə düşən “Pafos”un Pireydə necə təsir bağışlayacağı maraq doğurur.
“Siti” ilk turda yenə İtaliya çempionunu sınağa çəkəcək
3-cü oyun günündə də maraqlı oyunlar var. Danimarkalı Kasper Hülmannı baş məşqçi postuna gətirən “Bayer-04”ün bu mövsümdəki ÇL macərası məhz Danimarkada başlayacaq. “Mançester Siti” üçün ardıcıl 2-ci mövsümdə ÇL-in liqa mərhələsi evdə İtaliya çempionuna qarşı duellə start götürəcək. Ötən mövsüm bu statusda “Etihad”a gələn “İnter” qalib gələ bilməsə də, qol buraxmamışdı (0:0). Bu dəfə bu statusda Mançesterə “Napoli” təşrif buyuracaq. “Siti”nin ÇL-in qrup/liqa mərhələsində son 21 ev oyununda uduzmadığını bildirək (18 qələbə, 3 heç-heçə). ÇL-də 48 oyunda 49 dəfə fərqlənən Holann 50 qol həddinə çatan 10-cu futbolçu ola bilər. Təbii ki, o, bunu hər kəsdən tez edə bilər. Çünki hazırda rekord 50-ci qolu 62-ci oyunda vuran Ruud van Nistelroya məxsusdu. “Napoli”nin ingilislərə qarşı son 10 səfər matçında qələbəyə həsrət qaldığını da bildirək (3 heç-heçə, 7 məğlubiyyət). Avrokuboklarda evdə keçirdiyi son 31 qarşılaşmanın yalnız 3-də uduzan “Nyukasl” (21 qələbə, 7 heç-heçə) əzəmətli “Barselona”nı qəbul edəcək. Yeri gəlmişkən, Kataloniya nəhəngi ötən mövsüm liqa mərhələsinə məğlubiyyətlə start verərək səfərdə “Monako”ya uduzmuşdu (1:2). “Kayrat” Lissabonda ən azı “Astana”nın uğurunu təkrarlamağa çalışacaq. Belə ki, “Astana” 2017/18-də AL-in 1/16 finalında “Sportinq”lə səfər oyunundan 3:3-lük bərabərliklə ayrılmışdı. Düzdü, komanda ümumi hesabda (4:6) uduzaraq mübarizəni dayandırmalı olmuşdu. 1 illik fasilədən sonra ÇL-ə qayıdan “Qalatasaray” liqa mərhələsindəki debüt matçında Frankfurtu fəth etməyə çalışacaq. Türkiyə çempionu 2023/24-də Mançesterdə “Yunayted” üzərində qazandığı 3:2-lik tarixi qələbədən sonra avrokuboklarda keçirdiyi 9 səfər oyununun hamısında qələbəyə həsrət qalıb (3 heç-heçə, 6 məğlubiyyət). Bu, “sarı-qırmızılar”ın ÇL-in qrup/liqa mərhələsində keçirdiyi son 17 oyundakı yeganə qələbəsidi (5 heç-heçə, 11 məğlubiyyət).
Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
16 sentyabr
Atletik – Arsenal

Cəzalı: yoxdu
Hakim: Donatas Rumşas (Litva)
PSV – Yunion
Cəzalı: yoxdu/Floruç
Hakim: Entoni Teylor (İngiltərə)
Real – Marsel
Cəzalı: yoxdu
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina)
Yuventus – Borussiya D
Cəzalı: yoxdu
Hakim: Fransua Letesye (Fransa)
Tottenhem – Vilyarreal
Cəzalı: yoxdu
Hakim: Rade Obrenoviç (Sloveniya)
Benfika – Qarabağ
Cəzalı: yoxdu
Hakim: Erik Lambrexts (Belçika)
17 sentyabr
Slaviya – Bude/Qlimt

Cəzalı: yoxdu
Hakim: Marian Barbu (Rumıniya)
Olimpiakos – Pafos
Cəzalı: Solakis/yoxdu
Hakim: İştvan Kovaç (Rumıniya)
Bavariya – Çelsi
Cəzalı: yoxdu
Hakim: Xose Mariya Sançes (İspaniya)
Liverpul – Atletiko
Cəzalı: yoxdu
Hakim: Mauritsio Mariani (İtaliya)
PSJ – Atalanta
Cəzalı: yoxdu
Hakim: Sandro Şerer (İsveçrə)
Ayaks – İnter
Cəzalı: yoxdu
Hakim: Maykl Oliver (İngiltərə)
18 sentyabr
Brügge – Monako

Cəzalı: yoxdu
Hakim: açıqlanmayıb
Kopenhagen – Bayer-04
Cəzalı: yoxdu
Hakim: Əliyar Ağayev
Mançester Siti – Napoli
Cəzalı: yoxdu
Hakim: açıqlanmayıb
Nyukasl – Barselona
Cəzalı: yoxdu
Hakim: açıqlanmayıb
Sportinq – Kayrat
Cəzalı: yoxdu
Hakim: açıqlanmayıb
Ayntraxt F – Qalatasaray
Cəzalı: yoxdu
Hakim: açıqlanmayıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri