Icma.az
close
up
RU
“Qalatasaray” yenə Kadıköyü fəth edib ilkə imza atdı

“Qalatasaray” yenə Kadıköyü fəth edib ilkə imza atdı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həftəiçi Türkiyə kubokunda 1/4 finalın oyunları keçirildi. Bu mərhələyə qədər gəlib çıxmasının özü artıq böyük uğur hesab olunan 3-cü divizion təmsilçisi “İskəndərunspor” Konyada 65 dəqiqə yaxşı müdafiə olunsa da, davamını gətirə bilmədi. Konya təmsilçisi bu turnirin qalibi olduğu 2017-dən bəri ilk dəfə yarımfinala yüksəldi.

Çərşənbə günü daha iki oyun keçirildi. “Bodrum” səfərdə “Trabzonspor”un əsəbləri ilə oynamağı bacardı. Komandalar ilk yarıda hərəyə iki dəfə fərqləndilər. “Bodrum” ikinci hissədə qapısını toxunulımaz saxlayaraq oyunu əlavə vaxta daşıdı. Amma penalti seriyasına qədər dözmək mümkün olmadı. Qaradənizlilərin üç ukraynalı legionerindən biri olan Zubkovun qolu komandanı yarımfinala daşıdı. Bu mərhələnin əsas oyunu Kadıköydə keçirildi. Superliqada “Beşiktaş”a uduzan və məğlubiyyətsiz seriyası qırılan “Qalatasaray”ın psixoloji durumu ilə bağlı suallar var idi. Çoxları düşünürdü ki, bu mövsüm onsuz da artıq bir dəfə evdə “Cim-Bom”a uduzan “Fənər” yaranmış vəziyyətdən maksimum istifadə edərək əzəli rəqibə şans verməyəcək. Amma Okan Burukun komandası növbəti dəfə “ağzıgöyçəkləri” susdurdu. “Fənər” oyuna daha yaxşı başlayan tərəf kimi görünsə də, komandanın elə biratımlıq barıtı var imiş.
Sonrakı dəqiqələr göstərdi ki, Buruk komandasını derbiyə Joze Mourinyodan daha yaxşı hazırlayıb. Həm istək, həm ikili mübarizələr, həm də sürət baxımından rəqibini üstələyən “Qalatasaray” ilk 15 dəqiqədə 4 real fürsət yaxalasa da, bunların yalnız 1-ni qola çevirdi. “Fənər”in müdafiəsini daim gərginlikdə saxlayan və 10-cu dəqiqədə baxımlı qol vuran Osimhen hissənin ortalarında yenidən səhnəyə çıxdı. Əllə oyuna görə VAR-ın işə qarışmasından sonra təyin olunan penaltini nigeriyalı forvard dəqiq yerinə yetirdi. Türkiyə karyerasında “Fənər”ə ilk qollarını vuran Osimhen eyni zamanda komandasının bu mövsüm rəsmi matçlarda uyğun olaraq, 100 və 101-ci qollarını vurdu. Özünə bənzəməyən, yersiz top itkilərinə çox yol verən “Fənər” fasilə ərəfəsində fərqi minimuma endirdi. Şimanskinin ofsaydda olub-olmaması uzun müddət VAR-da yoxlanılsa da, sonda onun topun arxasında olduğu məlum oldu.
“Sarı-lacivərdlilər” fasilədən sonra istək baxımından bir balaca artırsalar da, komanda real fürsət yaxalamaqda çətinlik çəkdi. Əksinə qonaqların fərqi artırmaq şansları daha çox oldu. Yalnız son saniyələrdə Şkrinyarın aşırma zərbəsi zamanı Sançesin son anda akrobatik tullanışla topu qapı xəttindən uzaqlaşdırması yaddaqalan oldu. Həm matçın sonluğu, həm də final fitindən sonrakı dəqiqələr böyük qalmaqalla müşayiət olundu. “Fənər”də Fred ilə Mərt Hakan Yandaş, “Qalatasaray”da Kərəm Dəmirbay ilə Barış Alpər Yılmaz qırmızı vərəqə aldı. Ən böyük biabırçılıq isə Mourinyonun arxadan yaxınlaşaraq Burukun burnunu sıxması və türkiyəli məşqçinin yerə yıxılaraq acılar içində qıvrılması oldu. Haluki portuqaliyalı mütəxəssis Türkiyəyə belə hərəkətlərlə yox, uğurlu nəticələrlə gündəmə gəlmək üçün gətirilmişdi. Beləliklə, “Qalatasaray” tarixində ilk dəfə “Fənər”i bir mövsümdə səfərdə iki dəfə məğlub etdi! Bundan başqa, bir ara Kadıköydə ardıcıl 20 il qalib gələ bilməyən “Aslan” artıq “Fənər”in “yuvasında” özünü evdəki kimi hiss edir. “Qalatasaray” əzəli rəqibə qarşı səfərdə keçirdiyi son 7-ci rəsmi oyunda 5-ci qələbəsini qazandı!
Bu mərhələnin cümə axşamı keçirilən son oyununda da favorit ümidləri doğrulda bilmədi. Düşünmək olardı ki, derbidəki qələbədən sonra yüksək əhval-ruhiyyədə olan “Beşiktaş” “Göztəpə”yə heç bir şans verməyəcək. Özü də nəzərə alaq ki, ölkə kuboku “ağ-qaralar”ın bu mövsüm qazana biləcəyi yeganə titul kimi görünürdü. Amma bütün bu məqamlara, üstəlik Muçinin hesabı açmasına baxmayaraq, “Qartal” sonda böyük bir fiasko yaşadı. Ədalət naminə Tayyip Talha Sanuçun qırmızı vərəqə alması ilə komandanın 36-cı dəqiqədən azlıqda qaldığını vurğulayaq. Amma bu məqam “Göztəpə”nin və oyunun qəhrəmanı Romulonun əla performansına kölgə salmamalıdı. Yeri gəlmişkən, İzmir təmsilçisi bu mövsüm superliqada da güclü rəqibini səfərdə məğlub etmişdi (4:2). Beləliklə, kubok son qalibini itirdi. Bu turnirin ikiqat qalibi olan və 100 illik yubileyini qeyd etməyə hazırlaşan “Göztəpə” 49 illik fasilədən sonra ilk dəfə yarımfinala yüksəldi. Sonda qeyd edək ki, aprelin 22-24-də keçiriləcək yarıımfinallarda “Göztəpə” “Trabzonspor”un, “Qalatasaray” isə “Konyaspor”un qonağı olacaq. 1/4 finalda olduğu kimi, bu mərhələdə də qalib bir oyunda bilinəcək.
1/4 final
Fənərbaxça – Qalatasaray 1:2

Şimanski, 45+2 – Osimhen, 10; 27-p.
Fənərbaxça: İrfan Can Eğribayat, Oğuz Aydın (Tadiç, 79), Çağlar Söyüncü (Mərt Müldür, 65), Şkrinyar, Yusuf Akçiçək, Kostiç (Sen-Maksimen, 65), Fred, Amrabat, Şimanski, Talişka, Ən-Nəsiri (Ceko, 75).
Qalatasaray: Günay Güvənc, Kaan Ayhan, Sançes, Əbdülkərim Bardakcı, Ərən Elmalı, Torreyra, Lemina (Frankovski, 62), Yunus Akgün (Şallai, 77), Sara, Barış Alpər Yılmaz (Ahmed Kutucu, 86), Osimhen (Morata, 86).
Beşiktaş – Göztəpə 1:3
Muçi, 30 – Romulo, 38; 79-p.; 81.
Beşiktaş: Ərsin Destanoğlu, Svensson, Əmirhan Topçu (Semih Kılıçsoy, 83), Tayyip Talha Sanuç, Masuaku, Oksleyd-Çemberleyn, Fernandeş, Raşitsa (İmmobile, 83), Mario (Paulista, 39), Muçi (Haciahmetoviç, 70), Rafa Silva.
Trabzonspor – Bodrum 3:2, əlavə vaxtda
Banza, 3. Mustafa Eskihellaç, 22. Zubkov, 98 – Seferi, 15. Bardi, 20.
Trabzonspor: Uğurcan Çakır, Maleyro (Arif Boşluk, 46), Okay Yokuşlu, Sərdar Saatçı (Saviç, 105), Mustafa Eskihellaç (Jabol-Folkarelli, 95), Lundstram, Mendi, Zubkov (Draquş, 1067), Sikan (Çam, 46), Visça (Cihan Çanak, 72), Banza.
Konyaspor – İskəndərunspor 3:0
Umut Nayır, 65. Melih İbrahimoğlu, 84. Çaluşiç, 90+2.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri