Qalatasaray ın ulduzundan gələcəyi ilə bağlı yeni açıqlamalar
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu qış Lukas Torreyranın ''Qalatasaray''dan ayrılacağı ilə bağlı şayiələr bitmək bilmir.
"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçunun meneceri son açıqlamasında Torreyranın Türkiyədə oynamaq üçün motivasiyasını itirdiyini və ailəsinə daha yaxın olmaq istədiyini bildirmişdi. Uruqvaylı yarımmüdafiəçi ''Qaziantep''ə qarşı son matçı cəza üzündən buraxmışdı. Baş məşqçi Okan Buruk heç bir rəsmi təklif almadıqlarını demişdi.
Bu arada Torreyra Buruk ilə birlikdə ''Atletiko'' ilə oyunöncəsi mətbuat konfransına qatılaraq jurnalistlərin suallarını cavablandırıb. Təbii ki, ona ayrılmaq ehtimalı barədə də sual verilib. Torreyra bunları deyib:
''Son vaxtlar gələcəyim çox müzakirə olunmağa başlayıb. Mən hər zaman həqiqəti söyləmişəm və qəlbimdən gələnləri dilimə gətirmişəm. Bura ayaq basdığım gündən bəri bu forma üçün hər zaman meydanda əlimdən gələni etmişəm. Təəssüf ki, son vaxtlar atamın səhhətində problemlər yaranıb. Bu üzdən komandaya yetərli qədər konsentrasiya oluna bilmədim. Baş məşqçiyə, fanatlara, komanda yoldaşlarıma və Türkiyədə mənə dəstək nümayiş etdirək hər kəsə təşəkkür edirəm. Ailədən uzaq olduqda bəzən belə durumlar çox problemlər yaradır. Amma mən yalnız ''Qalatasaray''a köklənmək istəyirəm. Çünki mövsümün ən vacib dönəmindəyik. Qarşıdakı oyunda da meydanda hər şeyimizi verməliyik. Ayrılmağımla bağlı məsələyə gəlincə, zatən belə bir şey baş versə, bunu ilk növbədə mənim özümdən eşidəcəksiz. Bu mövzu haqda danışmadığım müddətdə deməli burdayam və heç yerə getmirəm. Həmişəki kimi meydanda ürəyimi qoyacam. İndi sakit olmalı, əl-ələ verməli və ''Qalatasaray''ın hədəflərinə köklənməliyik. Çünki əsas budu. Heç bir futbolçu ''Qalatasaray''dan üstün deyil''.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 Yanvar 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















