“Qalatasaray”ın ulduzundan sevgi sürprizi FOTO
Icma.az bildirir, Lent az portalına istinadən.
Türkiyənin “Qalatasaray” klubunun məşhur futbolçusu Barış Alper Yılmaz bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib. İdmançının adı sənət direktoru və sosial media fenomeni Yeşim Yeşilçimenlə hallanmağa başlayıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeşim Yeşilçimenin sosial şəbəkə hesabında paylaşdığı foto yeni sevgi iddialarına səbəb olub.
Belə ki, Yeşilçimen futbolçunun imzası olan “Qalatasaray” formasının fotosunu yayımlayaraq Barış Alper Yılmazı işarələyib və “Vau, təşəkkürlər, ulduz!” sözlərini yazıb.
Bu paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. İzləyicilər futbolçu ilə Yeşilçimen arasında romantik münasibət ola biləcəyini ehtimal ediblər.
Xatırladaq ki, ötən ay Barış Alper Yılmazın adı model İrem Haznedarla da sevgi münasibətində hallanmışdı.
Bununla belə, Türkiyənin “2. Sayfa” proqramının məlumatına görə, futbolçunun yaxın çevrəsi Yeşim Yeşilçimenlə eşq yaşaması barədə iddiaları təkzib edib.
İkilinin münasibətdə olduğunu təsdiqləyən rəsmi açıqlama yoxdur.
Məlumatlar Türkiyə mediasının 10–12 noyabr tarixli xəbərlərinə əsaslanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 12 Noyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















