Qalatasaray isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qalatasaray" səs-küylü transfer reallaşdırmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, Türkiyə çempionu İtaliya "İnter"inin qapıçısı Yan Zommerə "elçi düşüb".
Bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən məlumat yayıb. Serbiya yığmasının və "Çelsi"nin qolkiperi Corc Petroviçin keçidini reallaşdırmaqda çətinliklə üzləşən İstanbul nəhəngi İsveçrə millisinin sabiq üzvünü hədəfə alıb.
Klub rəhbərliyi 4 milyon qiyməti olan təcrübəli əlcək sahibinin keçidini reallaşdırmaq üçün tanınmış menecer George Gardinin vasitəsilə Zommerə təklif göndərib. Yeri gəlmişkən, Gardi vaxtilə Viktor Osimhen, Mauro İkardi və digər ulduzların Türkiyə klubuna keçidində vasitəçi olub.
Qeyd edək ki, 14 il "Qalatasaray"ın şərəfini qoruyan Fernando Musleranın bu yay komandadan ayrılmasından sonra "aslanlar" çərçivə qoruyucusu axtarışına çıxıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 03 İyul 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















