Qalatasaray Konyaya Osimhensiz yollandı!
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Türkiyə çempionatının 23-cü turunda lider ''Qalatasaray'' bu gün səfərdə ''Konyaspor''la qarşılaşacaq.
"Football-plus.az" xəbər verir ki, oyunöncəsi bəzi qeyd olunası məqamlar var. İlk növbədə ''Cim-Bom''un Konyaya əsas qol silahı Viktor Osimhensiz yollandığını bildirək. Klubdan verilən açıqlamada nigeriyalı ulduzun sağ dizində ağrıları olduğu üçün adının iştirak ərizəsinə salınmadığı qeyd olunub.
Görünür, məşqçilər korpusu ''Yuventus''la cavab oyunu ərəfəsində əsas futbolçusunu qorumaq qərarına gəlib. Konyada əsas yük Mauro İkardinin üzərinə düşəcək. Bir müddət öncə məşqçi dəyişikliyinə gedən ''Konyaspor'' superliqada 12 oyunluq qələbə həsrətinə son qoymağa çalışacaq. ''Ağ-yaşıllar'' çempionatda son qələbəni oktyabrın sonlarında əldə ediblər. Evdə isə ümumiyyətlə sentyabrdan bu yana qələbə yoxdu!
''Konyaspor''un son 5 oyunun 3-də güclü rəqibini yenməsi diqqət çəkir. Bu qələbələr ardıcıl olaraq 2020/21, 2021/22 və 2022/23 mövsümlərində əldə olunub. Son iki mövsümdə isə ''Qalatasaray'' Konyadan 3 xalla dönüb.
Onu da bildirək ki, Okan Buruk məşqçi karyerasında heç vaxt İlhan Paluta uduzmayıb. Bu məşqçilərin kollektivləri indiyə qədər 8 dəfə üz-üzə gəlib. 7 oyunda sevinən Buruk olubsa, bir oyunda bərabərlik qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 21 Fevral 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















