Icma.az
close
up
RU
Qalatasaray Frankfurta Osimhensiz yollandı! Ümid İkardiyədi

Qalatasaray Frankfurta Osimhensiz yollandı! Ümid İkardiyədi

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəsmi matçlardakı 16 oyunluq qələbə seriyasını ''Ayntraxt''la qarşılaşmada da davam etdirərək Çempionlar Liqasına qələbə ilə başlamaq arzusunda olan ''Qalatasaray'' əsas qol silahından üzücü xəbər alıb.

Belə ki, İstanbul nəhəngi Frankfurta Viktor Osimhensiz yollanıb!
Xatırladaq ki, tanınmış forvard Nigeriya yığmasının heyətində sentyabrın 6-da Ruanda ilə qarşılaşmada zədə almış, daha sonra xüsusi təyyarə ilə İstanbula dönməli olmuşdu. Tibbi müayinə zamanı onun zədəsi çox qorxulu çıxmasa da, adətən bu cür durumlarda futbolçunun meydana qayıtması ən azı 2 həftə çəkir.
Ötən həftəsonu ''Eyüpspor''la oyunu buraxan Osimhenin ÇL-də komandaya yardım edəcəyi, hətta start heyətində meydana çıxacağı gözlənilirdi. Amma Osimhenin topuğunda ağrılar azalmayınca tibbi personalın qərarı ilə məşqçilər korpusu riskə getmək istəmədi və ulduz futbolçu səfərə aparılmadı.
Beləliklə, Türkiyə çempionu bu yay 75 milyon avroya transfer etdiyi futbolçunun xidmətindən ÇL-dəki birinci matçda yararlana bilməyəcək. Belədə bütün yük Mauro İkardinin üzərinə düşəcək. Argentinalı forvard özü də ağır zədədən yeni qayıdıb və hələ tam formada deyil. Bununla belə İkardi bu mövsüm superliqada yalnız 136 dəqiqə forma geyməsinə baxmayaraq artıq aktivinə 3 qol yazıb.
Onu da xatırladaq ki, ''Qalatasaray'' avrokuboklarda keçirdiyi son 9 səfər oyununun hamısında qələbəyə həsrət qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Sentyabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri