Icma.az
close
up
RU
“Qalatasaray” kuboka möhtəşəm tədbirlə qovuşdu

“Qalatasaray” kuboka möhtəşəm tədbirlə qovuşdu

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Həftəsonu “Qalatasaray”lılar üçün əsl bayram ab-havasında keçdi. “Qalatasaray” camiəsi Türkiyədə bir ilkə imza atdı.

Belə ki, çempionluq kuboku komandaya stadionda yox, başqa məkanda – “Yenikapı”da yerləşən mitinq meydanında təqdim olundu. Hələ şənbə günündən fanatlar bura axın etməyə başladı. İlk gündə fanzonanı təxminən 60 min azarkeş ziyarət etdi. Burda quraşdırılan nəhəng ekran vasitəsilə fanatlar həm də birlikdə “Qalatasaray”ın səfərdə “Göztəpə”yə qarşı keçirdiyi oyunu izlədilər.
Əsas həngamə isə bazar günü yaşandı. “Yenikapı”nın qapıları fanatların üzünə saat 12.00-dan açıldı və şadyanalıq gecə saat 23.30-a qədər davam etdi. Komanda isə saat 17.00-da “Qalatasaray” Liseyində toplandı. Şəkil çəkdirmə mərasiminin ardından “Qalatasaray” üstüaçıq avtobusla yola düşdü. Saat 19.40-da avtobus Sarayburnuya çatandan sonra futbolçular gəmiyə mindilər. Oyunçuları aparan gəmini 50-dən çox kiçik gəmi müşayiət etdi və ortaya gözəl görüntülər çıxdı.
Bütün bu müddət ərzində isə “Yenikapı”da fanatları müxtəlif sənətçilər əyləndirdi. Orda təşkil olunan gözəl şou ilə fanatlar unudulmaz anlar yaşadılar. Nəhayət, hava qaralandan sonra komanda “Yenikapı”ya çatdı və futbolçular bir-bir səhnəyə dəvət olundular.
Bu tədbirin zirvə nöqtəsi isə komandaya təqdim olunan çempionluq kuboku oldu. Kubokun federasiya prezidenti İbrahim Hacıosmanoğlu tərəfindən yox, qurumun başqan vəkili Məcnun Odyakmaz tərəfindən təqdim olunması diqqəti çəkdi. Hacıosmanoğlu, ümumiyyətlə, bu tədbirdə iştirak etmədi. Bu məqam növbəti dəfə onunla “Qalatasaray” arasında münasibətlərin qaydasında olmadığını sübut etdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyun 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri