Qalatasaray Napoli nin ulduzunu transfer etməyə hazırlaşır Danışıqlar başlayıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
“Qalatasaray” ötən mövsümün ikinci yarısında icarə əsasında heyətində çıxış edən Noa Lanqın transfer hüquqlarını tam əldə etmək üçün hərəkətə keçib.
Məlumata görə, İstanbul klubu futbolçunun məxsus olduğu “Napoli” ilə danışıqlar aparır.
Niderland millisinin üzvü 2026-cı ilin yanvarında “Napoli”dən “Qalatasaray”a icarəyə keçmişdi. Razılaşmada futbolçunun birdəfəlik transferi üçün satınalma maddəsinin də yer aldığı bildirilmişdi.
26 yaşlı hücumçu “Qalatasaray”da keçirdiyi müddətdə komandaya hücum xəttində alternativlərdən biri kimi kömək edib. Onun İstanbul klubunda qalıcı olması üçün isə tərəflər arasında razılaşmanın əldə olunması tələb olunur.
“Qalatasaray”ın transfer siyahısında digər futbolçuların da olduğu bildirilir. İstanbul təmsilçisi “Leypsiq”in hücumçusu Konrad Harderlə də maraqlanır. Klub gənc forvardı satınalma şərti ilə icarəyə götürmək istəyir.
Lakin “Leypsiq” futbolçunu birdəfəlik satmağa daha isti yanaşır. Harderin isə “Qalatasaray”a keçidə müsbət münasibət bəslədiyi qeyd olunur.
Beləliklə, İstanbul klubu həm Noa Lanqın transferini rəsmiləşdirməyə, həm də hücum xəttini Konrad Harderlə gücləndirməyə çalışır.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Avqust 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















