Qalatasaray keçmiş ulduzunu geri qaytarmağa hazırlaşır Transfer bombası
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
"Qalatasaray" heyətini gücləndirmək üçün tanış bir ada üz tutur. Sarı-qırmızılı klub "Bavariya"nın heyətində yer almaqda çətinlik çəkən keçmiş futbolçusu Sacha Boey ilə maraqlanmağa başlayıb.
Milli.Az xəbər verir ki, klubun fransız sağ cinah müdafiəçisini mövsüm sonunda satın alma opsionu ilə icarəyə götürmək istədiyi bildirilir.
Boey-nin son olaraq Çempionlar Liqasında "İnter"ə qarşı keçirdiyi matçda etdiyi səhv onu tənqidlərin mərkəzinə çəkib. Zədələri və yetərincə forma şansı əldə edə bilməməsi səbəbilə "Bavariya"da istədiyi performansı göstərə bilməyən futbolçunun gələcəyi sual altına düşüb.
Məlumata görə, Boey "Bavariya"da qalmaq və forma uğrunda mübarizə aparmaq istəsə də, klub onun ayrılığına açıqdır. Futbolçunun "Qalatasaray"a qayıtmağa da isti baxdığı vurğulanıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 Aprel 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















