Qalatasaray sabiq futbolçusunu 5 ildən sonra yenə transfer etdi
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
''Qalatasaray'' Ahmed Kutucu və Alvaro Moratanın ardından bu qış 3-cü transferini reallaşdırıb.
''Football-plus.az'' xəbər verir ki, Türkiyə çempionu ötən həftədən bu yana danışıqlar apardığı ''Vulverhempton''lu Mario Leminanı heyətinə qatıb. Dünən İstanbula gələn 31 yaşlı qabonlu yarımmüdafiəçinin keçidi artıq rəsmən açıqlanıb. Bu futbolçu ilə ''1,5+1'' illik müqavilə imzalanıb.
Bu transferin ''sarı-qırmızılar''a 2,5 milyon avroya başa gəlib. Çünki Leminanın ''Vulverhempton'' ilə müqavilə müddəti mövsümün sonunda başa çatırdı. Təcrübəli futbolçuya bu mövsümün ikinci dövrəsi üçün 1,25 milyon avro, gələn mövsüm 2,5 milyon avro maaş ödəniləcək. Əsasən dayaq yarımmüdafiəçisi qismində oynayan və bu mövsüm 19 rəsmi oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənən Lemina üçün bu, ikinci Türkiyə macərası olacaq.
O daha öncə ''Qalatasaray''da 2019/20 mövsümündə top qovaraq 28 rəsmi oyuna çıxmış və 1 qol vurmuşdu. ''Qalatasaray'' ilə ''Vulverhempton''dan başqa indiyə qədər ''Loryan'', ''Marsel'', ''Yuventus'', ''Sauthempton'', ''Fulhem'' və ''Nitsa''da top qovan Lemina hava limanında bunları deyib:
''Burdan ayrılarkən bu hekayənin bitmədiyini demişdim. Yenidən bura gəldiyim və möhtəşəm fanatlarımızı görəcəyim üçün həyəcanlıyam. Arzum bura qayıtmaq idi və bu, artıq reallaşdı. Hər zaman hər yerdə ''Qalatasaray'' fanatlarının ən yaxşı olduqlarını söyləyirəm. Onları tezliklə görmək istəyirəm. Meydanda nələrə qadir olduğumu bilirlər. Hekayəni tamamlamağın zamanı gəldi. Evimə döndüyüm üçün sevincliyəm''.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 Fevral 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















