Qalatasaray Mançester Sitinin futbolçusunu transfer etmək istəyir
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi icarə əsasında "Benfika"da çıxış edən İssa Kaboreni transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Qalatasaray" burkina fasolu sağ cinah müdafiəçisi üçün onun müqavilə ilə məxsus olduğu "Mançester Siti"yə 6 milyon avro təklif edib. "Sarı-qırmızılar"ın 23 yaşlı oyunçunun keçidini yekunlaşdırmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, İssa Kabore bu ilin sentyabr ayından "Benfika"da çıxış edir. Burkina Faso millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 25 Dekabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















