Qalatasaray Viktor Osimhenə görə böyük məbləğ ödəməyə RAZILAŞDI
Icma.az bildirir, Oxu.az portalına istinadən.
İtaliyanın "Napoli" klubu ilə "Qalatasaray" Viktor Osimhenin 75 milyon avroluq transfer qiyməti barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbə iddia edir ki, İstanbul nəhəngi transfer üçün ilkin olaraq 40 milyon avro, gələn yay isə 35 milyon ödəyəcəyinə zəmanət verib.
Eyni zamanda, oyunçunun müqaviləsinə diqqətçəkən bir şərt də əlavə edilib. Belə ki, Viktor Osimhen növbəti iki il ərzində İtaliya çempionatına qayıda bilməz.
Qeyd olunur ki, hazırda transferin son şərtləri razılaşdırılır.
Bu mövzuda digər xəbərlər:Qalatasaray ın Viktor Osimhenə ən son təklifi
27 İyun 2025 14:44
Qalatasaray Osimhenə qovuşdu!
31 İyul 2025 12:41
Napoli nin Viktor Osimhenə görə Qalatasaray dan istədiyi bəlli oldu
10 İyul 2025 14:12
Qalatasaray Viktor Osimhenə illik 20 milyon avro təklif etdi
14 May 2025 11:36
Baxış sayı:38
Bu xəbər 19 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















