Icma.az
close
up
RU
“Qalatasaray”ın iki futbolçusu sıradan çıxıb

“Qalatasaray”ın iki futbolçusu sıradan çıxıb

Türkiyə Superliqasının XV turunun “Sivasspor”la oyununda zədələnən “Qalatasaray”ın iki futbolçusu Barış Alpər Yılmaz və Viktor Osimhenin durumuna aydınlıq gəlib.

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, Yılmaz üçün il vaxtından əvvəl başa çatıb. Nigeriyalı forvard Viktor Osimhen isə təxminən 2 həftə komandasına kömək edə bilməyəcək.

İstanbul klubu ötən gün “Sivasspor”a 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Qalatasaray” növbəti matçını UEFA Avropa Liqasının VI turunda İsveçdə “Malmö”yə qarşı keçirəcək.

seeBaxış sayı:75
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri