“Qalatasaray”la oyunu yarımçıq tərk etdilər Superliqada qalmaqal
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə futbolunda növbəti qalmaqal baş verib.
QOL.az xəbər verir ki, Superliqanın bu gün keçirilən “Qalatasaray” - “Adana Demirspor” matçının 12-ci dəqiqəsində baş hakim Oğuzhan Çakır qonaq komandanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb.
Hesab 1:0 olarkən, matçın 30-cu dəqiqəsində “Adana Demirspor”un futbolçuları baş məşqçi Mustafa Alperlə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk edib. Türkiyə mətbuatının yazdığına görə, “Adana Demirspor” klub prezidenti Mustafa Alper Avcının təlimatı ilə bu addımı atıb.
Daha sonra hakim Oğuzhan Çakır matçın dayandırıldığını elan edib.
“Adana Demirspor”un nümayəndəsi Metin Korkmaz “Qalatasaray”a deyil, Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinə etlraz olaraq meydanı tərk etdiklərini açıqlayıb.
Məsələ ilə əlaqədar yaxın günlərdə federasiya qərar verəcək. “Adana Demirspor”a texniki məğlubiyyətin veriləcəyi istisna olunmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 09 Fevral 2025 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















