Icma.az
close
up
RU
Azərbaycanın gücü Heydər Əliyevin siyasətindən doğdu ŞƏRH EDİLDİ

Azərbaycanın gücü Heydər Əliyevin siyasətindən doğdu ŞƏRH EDİLDİ

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

"Ümumilli Lider elə bir şəxsiyyətdir ki, Azərbaycanda elə bir ailə, elə bir vətəndaş yoxdur ki, onun həyatında izləri, xatirələri olmasın. Şəxsən mənim və ailəmin həyatında Ulu Öndərin oynadığı rol barədə saatlarla danışa bilərəm. Məsələn, mən Xankəndi şəhərini təmsil edən millət vəkili kimi deyə bilərəm ki, Ümumilli Liderimizin Qarabağda, xüsusilə də Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra gördüyü işlər, erməni separatizminin zəiflədilməsi və ona vurulan zərbələr bizim üçün nə qədər mühüm və önəmli idisə, bu, mütləq qeyd edilməlidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.Onun sözlərinə görə,Ümumilli Liderin daha sonra Qarabağla bağlı böyük xidmətləri ondan ibarət idi ki, o, Azərbaycanda hakimiyyətə ilk dəfə gəldiyi 70-ci illərdə Qarabağda Azərbaycanın nüfuzunun artması, təsir rıçaqlarının genişlənməsi və erməni separatizminə qarşı ciddi addımlar atılması üçün mühüm imkanlar yaratdı: "Həmin dövrdə Ümumilli Liderin təşəbbüsü ilə Qarabağda Azərbaycan dilində məktəblərin sayı artırıldı, təhsilin ana dilində aparılması gücləndirildi.Xankəndində - hazırda Qarabağ Universitetinin yerləşdiyi binada - fəaliyyət göstərmiş Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı məhz onun təşəbbüsü ilə yaradılmışdı. Mənim şəxsi həyatımda və ailəmin taleyində də Ulu Öndərin böyük rolu olub. Atam 1975–1980-ci illərdə həmin filialın tarix fakültəsində Azərbaycan dilində təhsil alıb. O zaman erməni separatizminin mərkəzi olan Xankəndində azərbaycanlıların Azərbaycan dilində təhsil alması, bir arada yaşaması və təhsil mühiti formalaşdırması separatizmin onurğa sütununa vurulmuş mühüm zərbə idi. Ümumilli Liderin təşəbbüsü ilə Qarabağ bölgəsinə xüsusi büdcələr ayrıldı, infrastruktur layihələri icra olundu. O dövrdə erməni separatizmi faktiki olaraq baş qaldıra bilmədi.Lakin 1990-cı illərin əvvəllərində - Azərbaycanın ilk müstəqillik illərində - Heydər Əliyev hakimiyyətdə olmadığı, ölkədə xaos hökm sürdüyü vaxtda erməni separatçıları yaranmış boşluqdan istifadə edərək Qarabağı işğal etdilər, xalqımıza qarşı qətliamlar törətdilər.Lakin Ulu Öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq ölkənin parçalanmasının qarşısını aldı. Azərbaycan çox ciddi mövcudluq böhranı — “existential threat” — yaşayırdı. Ümumilli Lider ilk növbədə erməni işğalının qarşısını aldı, hərbi birləşmələrin ölkənin daxilinə doğru irəliləməsinə son qoydu. Ardınca isə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanı regional və beynəlxalq səviyyədə gücləndirən yeni dövr başladı. Dünyanın ən böyük enerji şirkətləri Azərbaycana gəldi, investisiyalar axmağa başladı. Bu, həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük qələbə idi. Məhz o siyasətin nəticəsində bu gün Prezident İlham Əliyev həmin xətti uğurla davam etdirərək Azərbaycanın tarixi qələbəsini təmin edib.2020-ci ildə baş verən Vətən müharibəsi və ondan sonrakı proseslər Azərbaycanı yeni tarixi mərhələyə çıxardı. Bu gün artıq Azərbaycan qlobal siyasətdə söz sahibidir. Avropa İttifaqı, ABŞ, Çin və Türk Dövlətləri Təşkilatı kimi güc mərkəzləri ilə bərabər əsaslı münasibətlər qurulub və Azərbaycan bu siyasətin formalaşmasında aktiv iştirak edir.Bütün bu uğurların bünövrəsini isə Ulu Öndər Heydər Əliyev qoymuşdu. Mən bir Qarabağ millət vəkili kimi bu gün onun xatirəsini anarkən, xüsusilə də Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsi kontekstində gördüyü işləri xüsusi qeyd etməyi özümə borc bilirəm. Bu, onun zəngin siyasi irsinin yalnız bir hissəsidir".

Müəllif: Günel Fərzəliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri