Icma.az
close
up
RU
Qalib Azərbaycanın uzatdığı sülh əli: Cənubi Qafqazda yeni dövr başlayır

Qalib Azərbaycanın uzatdığı sülh əli: Cənubi Qafqazda yeni dövr başlayır

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

XXI əsrin ikinci onilliyində Cənubi Qafqaz təkcə regional proseslərin deyil, həm də beynəlxalq siyasətin diqqət mərkəzinə çevrildi. Qlobal güclər arasında balans axtarışı, enerji və nəqliyyat dəhlizlərinin önəmi, həmçinin yeni təhlükəsizlik arxitekturasının formalaşması regiona strateji mahiyyət qazandırdı. Bu geosiyasi müstəvidə Azərbaycan yalnız iqtisadi və diplomatik gücü ilə deyil, həm də hərbi-siyasi qətiyyəti ilə öz yerini təsdiq etdi.

Azərbaycanın mövqeyi sadəcə ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmırdı. O, həm də yeni regional düzənin əsas qurucusuna çevrildi. Çünki 2020-ci ilin Vətən müharibəsi ilə yaranan reallıq təkcə bir işğalın sona çatmasından əlavə, həm də Cənubi Qafqazda güc balansının dəyişməsi idi. Ardınca 2023-cü ildə separatizmin kökündən ləğvi ilə bu dəyişiklik daha da möhkəmləndi.

Bu gün isə proseslərin siyasi nəticələri beynəlxalq münasibətlər müstəvisində öz əksini tapır. Vaşinqtonda başlayan sülh dialoqunun Pekində davam etməsi göstərir ki, artıq Cənubi Qafqaz yalnız lokal böhran məkanı deyil, qlobal maraqların kəsişdiyi yeni əməkdaşlıq meydanıdır. Burada Azərbaycanın qalib dövlət statusu sadəcə simvolik deyil, həm də strateji faktordur. 

Bəs indi qalib Azərbaycanın uzatdığı bu sülh əli regionun gələcəyini necə formalaşdıracaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Qafqazda yeni dövr başlayıb:

“Cənab prezident Nikol Paşinyanla, Mehriban Əliyeva və Anna Akopyanla birlikdə şəkil paylaşdı. Bu iki fotoşəkil artıq yeni proseslərin, qalib Azərbaycanın Ermənistana əl uzatma prosesinin bir növ afişasıdır".

O qeyd edib ki, 2020-ci ilin sentyabrında başlayan qəti hücum Azərbaycanın tarixi zəfərini təmin etdi:

"Cəmi 44 gün sonra işğala son qoyuldu. İndi Bakıda mühakimə olunan separatçıların qalıqları da 2023-cü ilin sentyabrında təmizləndi, Qarabağda tam suverenliyimiz təmin olundu".

Politoloqun sözlərinə görə, artıq region yeni bir mərhələyə qədəm qoyub:

“2025-ci ilin avqustunda Vaşinqtonda sülhün təməlləri atıldı. İndi isə Pekində tarixi anlar yaşandı. Bu artıq yeni eradır – işğalın, qaçqının, məcburi köçkünün olmadığı və ən əsası qalib Azərbaycanın addımlarıdır".

Kazım Kazımov: Bu gün Azərbaycan Ermənistanla əl sıxışır ki, səngərlərdə artıq övladlarımız şəhid olmasın

Kazım Kazımov vurğulayıb ki, tarix təkrar olunur və qaliblər barış əli uzatmaqla daha da güclənirlər:

“Qardaş Türkiyə şanlı Qurtuluş Savaşından sonra yunanlarla qalib ədasıyla əl sıxışdı. Qalib müttəfiqlər 1945-ci ildə Almaniyayla, Yaponiyayla əl sıxışdı. İndi isə sıra bizdədir. Onlar 20-ci əsrin qalibi idi, biz 21-in".

Onun sözlərinə görə, Azərbaycanın əsas məqsədi bölgədə sabitliyi təmin etməkdir:

“Bu gün Azərbaycan Ermənistanla əl sıxışır ki, səngərlərdə artıq övladlarımız şəhid olmasın. Faşist Sarkisyan, Koçaryan Ermənistanda revanş edə bilməsin deyə. Əlbəttə, qan yaddaşında Xocalı faciəsini, Şuşanın, Laçının, Kəlbəcərin, Zəngilanın və bütöv Qarabağın işğalını unutmuruq. Qan yaddaşımızın üstündə qələbə yaddaşımızı inşa edirik. Nəcib millət düşmənçiliyi də, qonşuluğu da yaxşı bilir - məhz Azərbaycan kimi".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri