Icma.az
close
up
RU
Qalibiyyətin rəmzi üçrəngli bayrağımız

Qalibiyyətin rəmzi üçrəngli bayrağımız

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər bir xalqın varlığını yaşadan onun milli rəmzləridir. Azərbaycan üçün isə bu rəmzlərin ən ucası, ən müqəddəsi — üçrəngli, səkkizguşəli ulduzlu aypara bayrağımızdır. Bu bayraq təkcə bir parça parça deyil, o, xalqımızın yüzillik arzularının, mübarizəsinin, qürur və şəhid qanının simvoludur. Bir zamanlar düşmən tapdağı altında qalan torpaqlarımızda bu bayrağın dalğalanması xalqımız üçün bir yuxu, bir amal idi. Hər bir ana arzulayırdı ki, oğlu şəhid olsa belə, bayraq o torpaqlarda dalğalansın. Hər bir əsgər qəlbində bir istəklə döyüşürdü – “Bayrağı ucalt!” Bu ucaltmaq əmri Azərbaycan tarixində ən şanlı səhifəni yazdı: 2020-ci ilin 44 günündə üçrəngli bayrağımız yenidən Qarabağ səmasına qaldırıldı. Azərbaycançılıq ideologiyası Azərbaycanın milli-mənəvi dəyərlərini, xalqımıza aid bütün komponentləri, ən əsası da dövlət bayrağımız özündə ehtiva edir. Ona görə də azərbaycançılıq ideologiyası özəldir. Xalqımız bu ideologiyanın əsasında həm də özünün milli-mənəvi inkişafına, özünüdərkinə çatmışdır. Bu ideologiyaya bağlı olanlar xalqın özünün kökünə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını, ümumiyyətlə, dünya azərbaycanlarını bir milli ideologiya ətrafında, azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Milli həmrəylik və azərbaycançılıq məfkurəsinin möhkəmlənməsində bayrağımızın önəmi çox böyükdür. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycançılıq məfkurəsi bizim dövlətimiz üçün artıq bir ideologiya olaraq inkişaf edildi. Bu gün dünya azərbaycanlıları azərbaycançılıq ideologiyasını özünə bir siyasi yol bilir. Azərbaycançılıq ideologiyasının möhkəmlənməsində dövlət bayrağının əhəmiyyəti böyükdür. Dövlət bayrağı yalnız bir simvol deyil, həm də milli birliyin, gücün və müstəqilliyin təcəssümüdür. Bayraq, bir millətin tarixi, mədəniyyəti, və ərazi bütövlüyünün ifadəsi kimi, onun özünə inamını və dünya səhnəsində tanınmasını gücləndirir. Azərbaycanın dövlət bayrağı, üç rəngli, üç zolaqlı bir bayraqdır: mavi, qırmızı və yaşıl rənglərdən ibarətdir. Bu rənglər hər biri özündə xüsusi mənalar daşıyır.

Bayraq, Azərbaycanın müstəqil dövlət olaraq dünya ölkələri ilə bərabər hüquqlara sahib olduğunu, həmçinin öz milli kimliyini qoruduğunu nümayiş etdirir. O, həm də Azərbaycançılıq ideyasının təməl daşlarından biri olaraq, xalqın həmrəyliyini və milli ideallarını təbliğ edir. Ulu Öndər Heydər Əliyev deyirdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”. Dövlət bayrağının dövlətin rəsmi tədbirlərində, məktəblərdə, qurumlarda və ictimai yerlərdə nümayişi, millətin öz mədəniyyətinə və tarixinə sahib çıxmasının göstəricisidir. Bayrağın hər yerdə mövcudluğu, insanların Azərbaycan xalqının birliyinə və müstəqilliyinə olan inamını artırır, bu da azərbaycançılıq ideyasının gündəlik həyata daxil olmasına kömək edir.
Bayraq, müharibə zamanı həm cəbhədəki əsgərlərin, həm də arxa cəbhədəki xalqın ruhunu yüksəldirdi. Azərbaycan bayrağının altında toplanan hər bir insan, ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparır, bu simvolun altında birləşərək güclü bir həmrəylik nümayiş etdirirdi. Dövlət bayrağı, Vətən müharibəsi zamanı yalnız milli vətəndaşların birləşdirilməsi baxımından deyil, həm də şüuraltı bir güc mənbəyi kimi çıxış edirdi. Bayrağın müharibə zamanı cəbhə xəttindəki mövqelərdə, hərbi bazalarda, vəzifə başında dalğalanması, həm də "Azərbaycanın haqlı davası" ideyasının təməlini möhkəmləndirirdi. Cəbhə bölgələrində, şəhərlərdə və kəndlərdə bayrağın dalğalanması, qələbə inamını artırır və xalqın mübarizəyə olan ehtirasını canlandırırdı. Bu, bir növ müharibə zamanı mənəvi dəstək idi, xüsusilə əsgərlərin döyüşlərə olan qatılımını təşviq edirdi. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Müharibənin sonunda, Azərbaycanın əldə etdiyi qələbə beynəlxalq aləmdə böyük diqqət çəkdi. Azərbaycanın dövlət bayrağı beynəlxalq tribunada, o cümlədən beynəlxalq təşkilatlarda və müttəfiqlərlə əlaqələrdə möhkəm bir mövqe qazandı. Bayraq, Azərbaycanın haqlı mübarizəsinin və ərazi bütövlüyünün tanınmasında mühüm bir simvol olaraq çıxış etdi.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri