Qaliley dənizi qırmızıya boyandı, yerli sakinləri təşvişə saldı (VİDEO)
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
İsrailin Qaliley dənizində suyun qırmızı rəng alması yerli sakinlərdə narahatlıq yaradıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” məlumat yayıb.
KİV-lərin yazdığına görə, dəniz suyunun qırmızıya çevrilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox insanda qədim dini mətnlərlə bağlı assosiasiyalar doğurub. Müqəddəs Kitaba bələd olanlar bu hadisəni "Misirə göndərilən on bəladan" biri - Nil çayının Musa peyğəmbərin əsa möcüzəsilə qana çevrilməsi ilə müqayisə ediblər. Sosial şəbəkələrdə bəziləri bunu "dünyanın sonu əlaməti” və ya yaxınlaşan fəlakətlərin xəbərdarlığı kimi qiymətləndirib.
Lakin elmi dairələr və İsrailin ətraf mühit nazirliyi əhalini sakitləşdirib. Rəsmi açıqlamaya görə, suyun rənginin dəyişməsi yaşıl yosunların kütləvi çiçəklənməsi ilə bağlıdır.
Müəyyən şəraitdə - xüsusən güclü günəş işığı və yüksək temperatur təsirində - bu yosunlar qırmızı piqment ifraz edir və suya qeyri-adi çalar verir. Qeyd olunub ki, bu piqment təbii mənşəlidir və insan sağlamlığı üçün təhlükə yaratmır.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 09 Avqust 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















