Xəzərin Hövsan sahilləri qırmızıya boyandı VİDEO
Icma.az bildirir, Lent az portalına istinadən.
Sosial şəbəkələrdə Hövsan qəsəbəsi ərazisində Xəzər dənizinin dalğalarının qırmızı rəng olması ilə bağlı görüntülər yayılıb. Rəngli dalğalar olan ərazidən pis qoxunun yayıldığı da bildirilir.
ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dalğaların rəngi həmin ərazidə yosunların artması ilə əlaqəli ola bilər:
“Xəzər dənizinin Hövsan qəsəbəsi ərazisində dənizin dalğalarının qırmızı rəng alması mövsümlə əlaqədar olaraq qırmızı-qonur yosunların çoxalması nəticəsində olma ehtimalını yaradır.
Bununla belə, nəzarət tədbirləri çərçivəsində su nümunələri götürülüb və mikroskopik analizlərin aparılması üçün Mərkəzi laboratoriyaya təqdim edilib. Laborator analizlərindən sonra dəqiq nəticələr əldə olunacaq və ictimaiyyətə əlavə məlumat veriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 03 İyun 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















