Qalmaqallı bağça direktoru hakim qarşısına çıxarılır MƏHKƏMƏ
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Moon Kids” uşaq bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Gununsesi.info Elektron Məhkəmə Portalına istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş üzrə 133 şəxs zərərçəkən qismində müraciət edib.
Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi heyətin icraatına verilib.
Qeyd edək ki, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon Prokurorluğunda istintaq aparılıb. MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirli bilinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 02 Dekabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















