Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Goranboy Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi Şaiq Qənbərli hakim qarşısına çıxarılacaq.
"Bakupost"un əldə etdiyi məlumata görə, Goranboy Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşıb və Şaiq Qənbərlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.O, ədavəti olduğu Goranboy rayon sakininin şəxsi həyatına dair məlumatları gizlicə lentə alıb, onu ifşa etmək üçün yaymaqda ittiham olunur.
İşə hakim Hafiz Əliyevin sədrliyi ilə 13 iyul 2026-cı il tarixində baxılacaq.
Qeyd edək ki, bir müddət əvvəl "Bakupost" saytı Ş.Qənbərli barəsində cinayət işi açılması barədə məlumat yaymışdı. O isə həm "Bakupost"un redaksiyası, həm də eyni məlumatı dərc edən digər media orqanları ilə əlaqə saxlayaraq, bu iddiaları qəti şəkildə təkzib etmişdi, xəbəri “yalan” və “böhtan” adlandırmışdı.
Cinayət işinin məhkəməyə göndərilmısi isə məlumatımızın səhihliyi ilə yanaşı, ittiham edilən şəxsin mətbuatı aldatmağa çalışması faktını üzə çıxarır.
"Bakupost" məhkəmə prosesini izləyəcək və iş üzrə yeni məlumatları oxuculara çatdıracaq.
Azər, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 İyul 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















