Qalmaqallı video ölkəni qarışdırdı: Hər 5 uşaqdan biri...
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Macarıstanın Baş naziri Viktor Orbana qarşı şənbə günü minlərlə macarın Budapeştin mərkəzindəki yürüş təşkil edib.
“Cebheinfo.az” “Euroactiv”-ə istinadən xəbər verir ki, bu həftə yetkinlik yaşına çatmayanların dövlət tərəfindən idarə olunan saxlanma mərkəzlərində gənc məhbusların vəhşicəsinə fiziki zorakılığa məruz qaldığını göstərən videolar yayımlanıb.
Şokedici görüntülər milli seçkilərdən cəmi dörd ay əvvəl baş verib.
Orban bildirib ki, videonun yayımlanmasından sonra Macarıstanın saxlanma mərkəzlərini polis nəzarəti altına alınıb və zorakılıqla bağlı rəsmi araşdırma başladılıb. Lakin bu addımlar müxalifət liderlərinin etirazını yatıra bilməyib.
"Bu gün on minlərlə insan buraya uşaqların müdafiəsi mərkəzləri və orada yaşayan uşaqlar haqqında danışmaq üçün gəldi", - deyə mərkəzçi müxalif Tisza Partiyasının lideri Peter Magyar bildirib.
Magyar bu həftənin əvvəlində "dövlət himayəsində olan hər beş uşaqdan biri rəsmi olaraq zorakılığa məruz qalır" iddiasını irəli sürün və bu iddia Orbanın ofisi tərəfindən qəbul edilmir.
Magyar qarşıdan gələn seçkilərdə Orbanın əsas rəqibidir.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 14 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















