Icma.az
close
up
RU
Ermənistan “sevmir”, Qaluzin “sevir”

Ermənistan “sevmir”, Qaluzin “sevir”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yaxud Gümrüdəki rus hərbi bazası ilə bağlı yeni oyun

Səni sevəcəyəm, sən sevməsən də. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Ermənistandakı rus hərbi bazası ilə bağlı açıqlamasını məhz bu deyim baxımından qiymətləndirmək mümkündür. Fikrimizi izah edəcəyik. İndilik isə Qaluzinin konkret nələrdən söz açdığına diqqət yetirək.

Deməli, M.Qaluzin “İzvestiya”ya açıqlamasında bildirib ki, Rusiya Ermənistandan Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir müraciət almayıb. Onun sözlərinə görə, Kreml bu bazanı Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementi saymaqda davam edir: “Erməni tərəfinin Gümrüdə yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı müraciəti bizə daxil olmayıb. Biz hələ də hesab edirik ki, bu baza Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementidir”.

Qaluzin onu da bildirib ki, Rusiya hərbi mövcudluğu məsələsi hazırda Ermənistanın ictimai-siyasi məkanında fəal şəkildə müzakirə olunur, lakin Moskva, hələlik, bunun real alternativini görmür. Yəqin diqqətli oxucularımız fikirdən heç nə anlamadılar. Təsəvvür edin, Ermənistanda müzakirə aparılır, Rusiya alternativ görmür. Görəsən, Moskvanın nəyisə görüb-görməməsinin Ermənistandakı müzakirələrə nə dəxli var? Bir ölkənin ərazisində başqa ölkənin hərbi bazası kimi anormal mövcudluq hökm sürürsə, başlıca məqam bu anormallığın aradan qalxmasıdır. Ancaq Qaluzin fikirləri ilə, sanki, duruma leqallıq qazandırır, özü də əndərəbadi formada. O deyir: “Bir çoxları tamamilə haqlı olaraq sual verirlər: bəs alternativ nədir? Bizim fikrimizcə, hazırda belə bir alternativ görünmür. Açığını desək, bu rolda, məsələn, fransız əsgərlərini təsəvvür etmək çətindir. Heç olmasa, Fransa ilə Ermənistan arasındakı coğrafi məsafənin böyük olması səbəbindən”.

Sual yaranır: Ermənistan mütləq hansısa xarici qüvvə tərəfindən qorunmalıdır? Axı buna nə dərəcədə ehtiyac var? Suallarımız ritorikdir. Məsələ ondadır ki, haqqında söz açdığımız ehtiyac neçə illərdir qondarılmaqdadır və istər Rusiya rəsmilərinin, istərsə də ölkənin ictimai rəyinin təmsilçilərinin açıqladıqları baxış məhz bu xüsusdadır. Belə bir yanaşma ilə erməni cəmiyyətinə, sadə ermənilərə, bir növ, mesaj verilir: siz xarici təhlükədən müdafiə olunmalısınız, əks halda, məhv olarsınız. Heç şübhəsiz, bu yanaşmada Ermənistanın qonşularına qarşı münaqişə məntiqi saxlanılır. Hazırda Qaluzin də həmin məntiqi qoruyan ampluasındadır. Halbuki ermənilərin ətraf aləmlə normal münasibətlər saxlamalarına imkan yaradılsa, qızışdırıcı planlar dövriyyəyə gətirilməsə, onların qorunmalarına ehtiyac qalmayacaq.

Qaluzinin siyasi manevr edib rus əsgərlərinin yerinə Ermənistanın müdafiəsinə qalxacaq fransız əsgərlərindən söz açmasına da gərək yoxdur. Amma demək olmaz ki, Rusiya XİN rəhbərinin müavini durumun fərqində deyil. O bildirib ki, ölkəsi Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın davamının müzakirəsinə hazırdır və bu müzakirələr Baş nazir Nikol Paşinyanın təklif etdiyi ikitərəfli münasibətlərin inventarlaşdırılması çərçivəsində də aparıla bilər.

Qeyd edək ki, Paşinyanın Ermənistan-Rusiya münasibətlərinin inventarlaşdırılması məntiqi özündə “Rusiya ilə münasibətlər bütövlükdə pisdir” tezisindən imtinanı, Moskva ilə Qərb arasında manevr imkanını saxlamağı, “Rusiya nə verir, Ermənistan nə alır?” sualını ön plana çəkməyi, Gümrüdəki hərbi baza məsələsini Kremldən qopma yox, seçim məsələsinə çevirməyi birləşdirir. Yəni Paşinyan bildirir ki, Ermənistan-Rusiya münasibətləri 2018-ci ilədək davam etmiş vassallıq sistemindən çıxsın, birinci ikincinin regional aləti rolundan uzaq dursun. Başlıca məqam Moskvanın belə bir bərabərhüquqlu fazaya nə dərəcədə hazır olmasındadır. Görünən budur ki, hazırlıq yoxdur, heç olmayacaq da. Ona görə gələk əvvəldə diqqətə çatdırdığımız misalın üzərinə. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu günlərdə bildirmişdi ki, İrəvan xahişlə müraciət edərsə, Rusiya öz hərbçilərini Ermənistandan çıxarmağa hazırdır. N.Paşinyan isə buna cavab olaraq demişdi ki, Moskva özü belə qərar qəbul edərsə, ölkəsi duruma etiraz etməyəcək.

Yəni bu, o deməkdir ki, Ermənistan Gümrüdəki hərbi bazanı öz təhlükəsizliyi baxımından vacib saymır və saymamaqda haqlıdır. Çünki kiçik və məhdud saylı hərbi birləşmə real xarici təhlükə qarşısında fiziki baxımdan gücsüzdür. O ki qaldı Gümrüdəki hərbi bazanın rəmzi mənasına, hesab edirik ki, hazırda hansısa müqəddəslikdən də danışmağa dəyməz. Çünki Moskva-İrəvan münasibətləri, yumşaq ifadə etsək, rəvan deyil.

Əslində, Putinin təfərrüatlarını açıqladığımız bəyanatı da, Paşinyanın ona cavabı da Moskva-İrəvan xəttindəki qeyri-sabit durumun təzahürü idi. Qaluzin isə fikirləri ilə sanki sıfır nöqtəsinə qayıdır. Görəsən, Paşinyan və ya onun komandasındakı şəxslər başqa nə deməlidirlər ki, Rusiya Gümrüdəki bazasını ərazidən çıxarsın? Onlar rəsmi müraciət ünvanlamalıdırlar? Görünür, sadəcə, “sevmirəm” demək bəs etmir. Axı Qaluzin “sevir”.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri