Icma.az
close
up
RU
Qan maye can, möcüzəli həyat iksiri

Qan maye can, möcüzəli həyat iksiri

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İnsan orqanizmi üçün ən mühüm komponentlərdən biri olan qan birləşdirici toxumalara aid olan və bədəndə dövr edərək müxtəlif funksiyaları yerinə yetirən mayedir. Qan limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili mühitini əmələ gətirir. Bakı Dövlət Universitetinin müəllimi, biologiya elmləri namizədi Sevda Tahirli “Qanımızın səsi” kitabının müəllifidir. Sevda xanım bizimlə söhbətdə əvvəlcə bunları dedi:

– Qanın insan həyatında çox mühüm rol oynadığı lap qədim dövrlərdən məlumdur. Təsadüfi deyil ki, antik təbabətin atası Hippokrat ruhi xəstələrin şəfa tapması üçün onlara sağlam qan içirilməsini məsləhət görürdü.

Məşhur yunan yazıçısı Homerin “Odisseya” əsərində ölmüş Tiressiyanı həyata qaytarmaq üçün ona heyvan qanı içirirlər. Oxşar misallara antik dövrün təbibləri Pliniy və Selsinin əsərlərində də rast gəlmək mümkündür. Onların yazdıqlarına görə, qocalar və epilepsiyadan əziyyət çəkənlər can verən qladiatorların qanını içmək üçün hər şeyə hazır imişlər.

– Sevda xanım, qan qruplarının elmi cəhətdən öyrənilməsinə nə vaxtdan başlanılıb?

– 1628-ci ildə ingilis alimi U.Harvey qan dövranı qanunu kəşf edərək canlı orqanizmdə qanın hərəkət prinsipini müəyyən edib. Onun kəşfi qanköçürmə sahəsində geniş imkanlar açılmasına təkan verib. 1666-cı ildə ingilis anatomu P.Loner ilk dəfə bir itdən digərinə qan köçürüb. Rəsmi şəkildə öz təsdiqini tapan qanköçürmə isə əsası XVII əsrin 60-cı illərində qoyulan London Kral Akademiyası tərəfindən həyata keçirilib.

– Doğrudanmı qanın tərkibi bu qədər əhəmiyyətli rol oynayır?

– Bircə fakt göstərəcəyəm. 1924-cü ildə Leninin ölümü sovetlər ölkəsinin rəhbərliyini həmin problem üzərində ciddi düşünməyə məcbur edib. O dövrdə yayılmış bəzi fikirlərə görə, proletariatın rəhbəri vaxtsız qocalmadan əziyyət çəkirmiş. Partiyada rəhbər vəzifə sahiblərinin fizioloji cavanlaşdırılması probleminin həlli Aleksandr Boqdanova həvalə edilib. Sovetlər ittifaqında açılan dünyada ilk qanköçürmə institutuna direktor təyin edilən Boqdanov gənclərin qanını yaşlılara köçürməklə ömrün uzadılması məsələsini ciddi şəkildə öyrənməyə başlayıb. Həkimin sevimli oğlu üzərində eksperimentlər aparması da onun bu işin uğuruna olan inamından soraq verir. O, zəif, sısqa görkəmli 25 yaşlı oğlunun qanını 40 yaşlı atletin qanı ilə əvəz edib və xəstəhal gənc tezliklə güclü əzələli idmançı bədənə sahib olub. Boqdanov instituta rəhbərlik etdiyi dövrdə cavanlaşmaq üçün özünə də dörd dəfə qan köçürüb. Lakin o, elə öz eksperimentlərinin də qurbanı olub – 1928-ci il aprelin 7-də gənc tələbədən özünə növbəti dəfə qan köçürəndən sonra vəfat edib. Onda hələ Landştaynerin qanın rezus faktorunun mövcudluğuna dair kəşfinə 12 il qalırdı. Güman edilir ki, Boqdanovun həyatını itirməsinə səbəb rezus faktoru nəzərə almaması olub...

– Sevda xanım, qan qrupu ilə insanın xasiyyəti və xəstəlikləri arasında hansısa əlaqə varmı?

– Birmənalı fikir söyləmək olmaz. Qan qrupu ilə daha çox yapon alimləri məşğul olurlar. Hətta yaponlar adi söhbət zamanı bir-birindən hansı qan qrupuna məxsus olduqlarını soruşurlar. “Gündoğar ölkə”də ərzaq məhsulları qan qrupuna görə çeşidlənir. Peşəkar idman komandası təşkil ediləndə oyunçuların qan qrupu mütləq nəzərə alınır.

Araşdırılmalar göstərir ki, qan qrupları ilə xarakter və xəstəliklər arasında da bəzi əlaqələr olduğunu tapmaq mümkündür. Məsələn, həm immun sisteminə, həm də stressə davamlığına görə I qan qrupu hegemonluq edir, lakin onlarda xora xəstəliyinə meyillilik var.

Yaponiyada işə qəbul zamanı daha çox II qan qrupu olanlara üstünlük verirlər. Onların fikrincə, həmin qrupa məxsus olanlar daha dəqiq və məsuliyyətli olurlar. III qan qrupuna məxsus olanlar yaradıcılıq keyfiyyətləri ilə seçilir, depressiyalara və mədə-bağırsaq xəstəliklərinə daha çox meyilli olur. IV qan qrupuna malik olanlar romantikaya meyilli və sirli, nevrozlara daha çox meyilli olur, lakin qohumcanlı, istiqanlı və ailəyə bağlıdırlar.

– Qanın hansı qrupa məxsus olmağının öyrənilməsi nə verir?

– Qan qruplarının öyrənilməsi ciddi tədqiqata ehtiyacı olan və bir sıra vacib məqamları ortaya çıxara biləcək bir sahədir. Həyat tərzi, xarakter, valideyn olmaq hüququ və sağlamlıq ondan nə dərəcədə asılıdır? Fikrimcə, biz bir musiqi parçası kimiyik. Musiqi notlara görə dəyişdiyi kimi, ortaq xüsusiyyətlərdə bənzərlik olsa da, özünəməxsusluğa görə bir-birimizdən fərqlənirik. Ona görə də həyatda seçim edərkən bir sıra hallara diqqət yetirildiyi kimi, hansı qan qrupuna məxsus olmaq da nəzərə alınmalıdır...

Söhbəti yazdı:
Süleyman QARADAĞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyun 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri