Icma.az
close
up
RU
“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzindən “möcüzəli dərd”lər artıb

“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzindən “möcüzəli dərd”lər artıb

Icma.az, Tribuna saytına istinadən bildirir.

Hələ Sahil Babayevin dövründə Əmək və Əhalinin Sosail Müdafəsi Nazirliyinin (ƏƏSMN) “yükü” olan  “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzinin indi də yeni nazir Anar Əliyevin, hətta rayonun icra başçısının  başına bəla olması barədə xəbər yayılıb.

Bu barədə Mia.az-ın poçtuna daxil olan məktubda deyilir ki, bu sanatoriyada ötən illərdəki xoşagəlməz hallar bu gün də davam etməkdədir:

“Hörmətli media nümayəndələri! Ümid edirəm, müraciətim sizin vasitənizlə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə çatacaq. Dövlət başçısına müraciət etməyimizin səbəbi əlaqədar qurumların müraciətimizlə bağlı hərəkətsizliyidir. Söhbət “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi adı ilə fəaliyyət göstərən, lakin antisanitariyanın hökm sürdüyü, ciddi maliyyə pozuntularının olması barədə iddiaların olduğu “sanatoriyadan” gedir. Obyektin rəhbəri Elşən Əmiralanovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqəyə girub “otkad” əməliyyatları, obyektdəki natəmizlik barədə dəfələrlə  şikayət etsək də nəticəsi yoxdur.

Bu il sanatoriyaya üz tutan yüzlərlə pasiyent narazı qayıdır. Əksəriyyəti də sözegedən Nazirliyin xətti ilə gələn qazilər, əlillər və şəhid ailələridir. İddialarımızı sübut etməyə hazırıq. Obyektdəki antisanitariya, kefiyyətsiz qidalanma, başıpozuqluq pasiyentləri boğaza yığdı. Şikayət edənlərlə də müəssisənin rəhbəri kobud davranıb. Dərd ondadır ki, yerli icra hakimiyyəti də onlardan gələn şikayəti qulaqardına vurur. Sanatoriyanın rəhbəri Elşən Əmiralanov və onun avtoş oğlu rayonda hamının yanında İcra Hakimiyyəti də daxil olmaqla, hamının hesabını çatdırdıqlarını iddia edirlər. Həmin qurumlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını xüsusi çəkirlər. Hər göndərilən xəstəyə görə guya “haqq” ödədikləri deyilir. Doğrudanmı, belə mötəbər nazirlik bu cür yoılara gedir?! Xahiş edirik, həmin müəssisənin işi və onun İcra Hakimiyyəti ilə qaranlıq əlaqələrinin araşdırılmasına yardımçı olsanız!”

Xatırladaq ki, bir neçə il əvvəl də bu sanatoriyadan narazılıq, eyni zamanda, antisanitariya ilə bağlı rəsmi qurumların yoxlaması olub.

Yoxlama ilə “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi”ndəciddi nöqsanlar aşkar edilib: “Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Eyni zamanda, müəssisənin qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu qaydalarına əməl edilmədiyi, istehlak üçün nəzərdə tutulmuş ət və ət məhsullarının, süd və süd məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçmədiyi və istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb”.

Qida Təhlükəsizliyi Agentliyi məhz sadalanan bu neqativ hallarla bağlı müəssisəni cəzalandırıb.

https://azertag.az/xeber/mocuzeli_naftalan_saglamliq_merkezi_mmc_de_qanunvericiliyin_teleblerinin_pozulmasi_fakti_askar_olunub-1899770 

Məsələyə ilə bağlı araşdırmamız davam edəcək.

Qarşı tərəfin münasibətini də yazıya əlavə etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:369
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri