Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib.
"Nəticəyə təsir edə biləcək, tez-tez rast gəlinən, lakin o qədər də nəzərə çarpmayan səhvlərə aşağıdakılar aiddir: ölçmədən əvvəl istirahət etməmək, bədənin yanlış vəziyyətdə olması, ölçmə zamanı danışmaq, prosedurdan əvvəl kofeinli içkilər qəbul etmək və siqaret çəkmək", - deyə mütəxəssis bildirib.
Mümkün qədər dəqiq nəticə əldə etmək üçün həkim prosedurdan 30 dəqiqə əvvəl siqaret çəkməməyi, qəhvə və tərkibində kofein olan digər içkilərdən imtina etməyi tövsiyə edib.
"Ölçmə zamanı sidik kisəsi və bağırsaqların boşaldılmasına ehtiyac olmamalıdır. Ölçmədən əvvəl stulda oturmaq və kürəyi ona söykəmək, ayaqları çarpazlamadan yerə qoymaq, manjetli qolu isə ürək səviyyəsində masanın üzərinə yerləşdirmək lazımdır. Bu vəziyyətdə təxminən beş dəqiqə sakit oturmaq, yalnız bundan sonra ölçməyə başlamaq tələb olunur. Prosedur zamanı danışmaq olmaz", - deyə kardioloq əlavə edib.
Bildirilir ki, qan təzyiqinin təxminən bir dəqiqə fasilə ilə iki dəfə ölçülməsi məsləhət görülür.
"Əldə olunan nəticələrin orta göstəricisi özünənəzarət gündəliyinə və ya xüsusi mobil tətbiqə yazılmalıdır. Nəzərə almaq lazımdır ki, ilk dəfə təzyiq hər iki qolda ölçülməli, sonrakı nəzarət üçün isə göstəricilərin daha yüksək olduğu qoldan istifadə edilməlidir", - deyə həkim fikrini yekunlaşdırıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 04 Oktyabr 2026 05:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















