Icma.az
close
up
RU
Qan yaddaşının silinməz izi ŞƏRH

Qan yaddaşının silinməz izi ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xalqımıza qarşı 1918-ci ildə törədilmiş soyqırımından 108 il ötür. Həmin vaxt erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı vəhşiliklər törədərək on minlərlə günahsız, dinc sakini milli mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirib.
Onların məqsədi “Böyük Ermənistan” xülyasını reallaşdırmaq, azərbaycanlıların sayını regionda soyqırımlar törətmək yolu ilə azaltmaq idi. Tarixi mənbələr də göstərir ki, bu qırğınlar planlı şəkildə həyata keçirilmiş, məqsəd yerli əhalini qorxutmaq, qovmaq və bölgədə demoqrafik vəziyyəti dəyişmək olmuşdur.
Hadisələrin coğrafiyası isə olduqca geniş idi. Bakı ilə yanaşı, Qarabağ, Şamaxı, Quba, Naxçıvan, Zəngəzur və digər ərazilərdə kütləvi qətliamlar törədilmişdir. Xüsusilə Quba və Şamaxı bölgələrində baş verən hadisələr öz miqyası və qəddarlığı ilə seçilir. Şamaxıda on minlərlə insan öldürülmüş, yüzlərlə kənd dağıdılmışdır. Qubada sonradan aşkar edilmiş kütləvi məzarlıq bu faciənin miqyasını bir daha sübut edir. Belə ki, bu məzarlıq, həmçinin əldə olunan bütün tarixi faktlar mart qırğınlarının erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə niyyəti əsasında əvvəlcədən hazırlanmış, qəddarcasına həyata keçirilən siyasətin tərkib hissəsi olduğunu təsdiqləyir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.
Təsadüfi deyil ki, soydaşlarımıza qarşı törədilən vəhşilikləri ermənilər özləri də etiraf edirlər. “Təəccüblənməyə dəyərmi ki, ancaq Ermənistanda daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918 – noyabr 1920) Azərbaycan əhalisinin 60 faizini qırmışdır” deyə erməni tarixçi Yervand Aleksandroviç Lalayan öz etiraflarında yazır. Belə etiraflar kifayət qədərdir.
Dinc əhaliyə qarşı törədilən bu cinayətlər tarixdə mülki insanlara qarşı həyata keçirilmiş ən ağır zorakılıq aktlarından biri kimi qiymətləndirilir.
Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra bu faciələrə hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atmışdır. Belə ki, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində anılır. Ulu Öndərin də söylədiyi kimi, “xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir.”
Həmçinin Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar və həyata keçirilən tədbirlər nəticəsində soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər daha da genişləndirilmişdir. Xüsusilə Qubada yaradılmış Soyqırımı Memorial Kompleksi simvola çevrilmişdir. Cənab Prezidentin də söylədiyi kimi, “Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”
Bugün bütün şəhidlərimizin ruhu şaddır. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında qətiyyətlə verildi. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin edildi.
Bu gün Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla anır, onların faciəli taleyini unutmur. Eyni zamanda tarixi ədaləti bərpa edərək qazandığı Zəfərlə öz gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirməyin qürurunu yaşayır.
Neva Abdurahmanova

YAP Qusar rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Mart 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri