Icma.az
close
up
RU
Xalqımızın qan yaddaşı ŞƏRH

Xalqımızın qan yaddaşı ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən hadisələr Azərbaycan tarixində ən qara səhifələrdən biridir. Həmin gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, orada yaşayan etnik azərbaycanlıları vəhşicəsinə qətlə yetirməyə başladılar. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı faciəsi yalnız Azərbaycanın deyil, ümumiyyətlə dünya ictimaiyyətinin yaddaşında dərin iz buraxmışdır. Bu hadisə insanlığa qarşı törədilmiş cinayət kimi tarixə düşmüşdür. Faciənin baş verməsinin əsas səbəbi Ermənistanın Azərbaycana qarşı uzunmüddətli ərazi iddiaları və siyasi məqsədlərlə etnik təmizləmə aparmaq istəməsi olmuşdur.

Azərbaycan dövləti Xocalı hadisəsini soyqırımı aktı kimi tanımış və 26 Fevralı milli matəm günü elan etmişdir. Ümummilli lider Heydər Əliyev bu faciəyə siyasi və hüquqi qiymət verərək, beynəlxalq aləmdə tanınması istiqamətində ilk addımları atmışdır. Bu gün də dövlətimizin və xalqımızın məqsədi Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasıdır.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması və qurbanların xatirəsinin əbədiləşdirilməsi üçün uzunmüddətli layihələr həyata keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ictimaiyyətinə faciənin dəhşətini çatdırmaq, beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmaq və Xocalı qurbanlarının xatirəsini yaşatmaq məqsədilə fəal fəaliyyət göstərilir.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Xocalı soyqırımını yad etmiş və bu faciəni xalqın qan yaddaşı kimi vurğulamışdır. Dövlət başçısı bildirib ki, Xocalı qurbanlarının xatirəsi əbədiləşdirilməli, onların haqları beynəlxalq aləmdə qorunmalıdır. O, həmçinin Tarixi Zəfərlə bu faciənin qisasının alındığını vurğulamışdır.

2020‑ci ilin Vətən müharibəsi və sonrakı əməliyyatlar nəticəsində Azərbaycan işğal altında olan ərazilərini azad etmiş, xalqın uzun illər gözlədiyi ədalət təmin olunmuşdur. Bu, Xocalı qurbanlarının xatirəsinə verilmiş mənəvi qisas və tarixi ədalətin bərpasıdır.

Xocalı və onun tərkibindəki Əsgəran qəsəbəsində Azərbaycan dövlət bayrağının ucaldılması, həm torpaqlarımızın suverenliyini simvolizə edir, həm də Xocalı soyqırımının xatirəsini əbədiləşdirir. Bu, xalqımızın birliyini və ədalətə olan sadiqliyini göstərir.

Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi həm faciənin xatirəsini yaşatmaq, həm də gələcək nəsillərə ötürmək məqsədi daşıyır. Prezident İlham Əliyevin rayon ictimaiyyəti ilə görüşü zamanı vurğuladığı əsas məsələ — xalqın yaddaşının qorunması və Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsidir.

26 Fevral Xocalı soyqırımı yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin yaddaşında unudulmaz faciə olaraq qalır. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən görülən tədbirlər bu faciənin xatirəsinin qorunması və ədalətin təmin olunması istiqamətində mühüm rol oynayır. Tarixi Zəfər və azad edilmiş torpaqlarda dalğalanan Azərbaycan bayrağı isə Xocalı qurbanlarının xatirəsinə verilmiş ən böyük dəyərdir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri