Icma.az
close
up
RU
“Qanaxmadan ölməsini izləyirmiş”: Arvadını 22 bıçaq zərbəsi ilə öldürmüşdü ŞOK TƏFƏRRÜAT

“Qanaxmadan ölməsini izləyirmiş”: Arvadını 22 bıçaq zərbəsi ilə öldürmüşdü ŞOK TƏFƏRRÜAT

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində 35 yaşlı Aytən Bədəlovanın amansızlıqla qətlə yetirilməsinin təfərrüatları məlum olub. Aytən 39 yaşlı əri Etibar Bədəlov tərəfindən öldürülüb.

Hurriyyet.Az xəbər verir ki, istintaqla müəyyən edilib ki, Etibar Bədəlov qısqanclıq zəminində arvadına 20-dən çox bıçaq zərbəsi endirib. Aytən 2 bıçaq zərbəsindən sonra Etibarın əlindən qaça bilib, amma həyatını xilas etməyi bacarmayıb. Etibar yenidən onu yaxalayaraq çoxsaylı bıçaq zərbələri endirib.

Etibar Bədəlov ifadəsində bildirib ki, işlə bağlı bir neçə dəfə Bakıya üz tutub. Bakıda olduğu müddətdə əmisioğlanları ona arvadının tanımadıqları şəxsin avtomobili ilə kənddən getdiyini deyiblər.

Onun sözlərinə görə arvadı A.Bədəlova “Basqal” resort və spa otelində soyuq qəlyanaltı aşbazı işləyirmiş. Bir neçə dəfə Aytən işlərinin çox olmasına görə gecə evə gələ bilməyib və Etibardan icazə alıb. Etibar deyir ki, əmisioğlanlarının sözündən sonra Aytəndən şübhələnib və otelə gedərək onun gecələr orada qalıb-qalmamasını dəqiqləşdirib. Öyrənib ki, Aytən dediyi vaxtlarda iş üçün otledə qalmayıbmış. Həm də oteldə xanım işçilər üçün gecə növbəsi yox imiş.

Etibar ifadəsində buna görə Aytəni döydüyünü də etiraf edib. Bildirib ki, Aytən əvvəlcə başqa bir şəxslə arasında münasibət olduğunu inkar etsə də sonradan bunu etiraf edib. Hətta ondan üzr istəyib və bağışlanmasını xahiş edib.

Bundan sonra Etibar Aytəni uşaqları ilə birlikdə atasının evinə aparıb. Orada Aytənin qardaşına, atasına və anasına tapşırıb ki, qızlarının hansı hərəkətə yol verdiyini özündən soruşsunlar. Etibar Aytəndən boşanmaq istəyib. Buna görə aralarında razılıq da olub. Amma həmin ərəfədə Etibarın Aytənə qarşı qəzəbi soyumayıb. Bir neçə dəfə Aytənin atası evinə gələrək onunla danışıb. Aytəni oradan apararaq təklikdə söhbət də ediblər. Bir neçə dəfə də Aytəni döyüb.

Sonuncu belə görüşdə Etibar Aytəni boşanmaq adı ilə öz evlərinə aparıb. Orada yenidən Aytənlə mübahisə edib. Divanda əyləşən Aytənin qarın nahiyyəsinə iki bıçaq zərbəsi endirib. Aytənin qanaxmadan ölməsini izləmək istəyib. Aytən susadığını deyərək Etibardan su istəyib. Etibar su içmək üçün stəkan gətirməyə gedərkən Aytən pəncərəni açaraq qonşunun həyətinə qaçıb. Etibar Aytənin arxasınca çıxaraq onu həyətdə tutub və 20-dən çox zərbə endirib. Aytən hadisə yerində dünyasını dəyişib. Etibar qardaşına zəng edərək Aytəni öldürdüyü deyib. Qardaşı hadisə yerinə gəlib və polisə məlumat verilib.

Aytənin atası və anası ifadəsində bildirib ki, Etibarın özünün başqa qadınla münasibəti olub. Bunu öyrənən Aytən Etibarla mübahisə edib. Bu mübahisə bir neçə dəfə baş verib. Aytən bu səbəbdən Etibardan boşanmaq istəyib. Yəni, mərhumun ailəsi də Etibarı ittiham edib.

Valideynlərinin sözlərinə görə Etibar Aytəni evə gətirəndən sonra bir neçə dəfə onunla görüşə gəlib. Bir dəfə də özü ilə aparanda onu döyüb. Aytənin valideyləri bu barədə polisə məlumat veriblər. Deyiblər ki, Etibarın Aytəni aparmasına icazə verməsinlər. Valideynlərin dediyinə görə, polis əməkdaşı onlara deyib ki, Aytənlə Etibar ər-arvad olduqları üçün onlara bu haqda heç nə deyə bilməz.

Məhkəmə araşdırması zamanı Etibarın əmisi oğlanları da dindirilib. Onlar da baş verənləri Etibarın danışdığı kimi danışıblar.

İstintaq zamanı Aytənin münasibətdə olduğu şəxs də müəyyən edilib. Dindirilən zaman Aytənlə aralarındakı münasibəti etiraf edib. Məlum olub ki, Aytənin başqa bir iş yoldaşı ilə də münasibəti olub.

Şəki Ağır Cianyətlər məhkəməsi Etibar Bədəlovu törətdiyi əməldə tam təqsirli bilərək 17 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Etibar Bədəlov xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilib.//Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Yanvar 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri