Arvadını xəyanətə görə öldürmüşdü Qayınatası onu bağışladı
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Goranboyda həyat yoldaşı İ.Talıbovanın qətlində ittiham edilən 39 yaşlı M.Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Araşdırmalarla müəyyən edilib ki, M.Əliyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.
Belə ki, M.Əliyev arvadının başqa şəxslərlə münasibətdə olduğunu öyrənib. Həmin şəxslər arasında M.Əliyevin xalası oğlu da olub. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib. Qadın əməllərinə davam etdiyinə görə, M.Əliyev onu bıçaqlayaraq qətlə yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid qismində ifadə verən şəxslər İ.Talıbova ilə tanış olub münasibət qurduqlarını deyiblər.
Mərhumun atası məhkəməyə sənəd təqdim edərək M.Əliyevdən şikayətçi olmadığını bildirib.
Məhkəmənin hökmü ilə M.Əliyevə 9 il həbs cəzası verilib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 18 İyun 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















