Icma.az
close
up
RU
Qanazlığı nə ilə təhlükəlidir?

Qanazlığı nə ilə təhlükəlidir?

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Anemiya (qanazlığı) bütün dünyada çox yayılmış pozulma sayılır. Anemiyanın bir çox növü var.

Lakin dəmirdefisitli anemiyaya ən tez-tez təsadüf edilir. Bu səbəbdən qanazlığından danışanda əsasən dəmirdefisitli anemiyanı nəzərdə tuturlar.

Bu anemiya zamanı orqanizmdə dəmirin çatışmazlığı yaranır. Dəmir orqanizm üçün həyati vacib olan mineraldır. Dəmir hemoqlobinin tərkibinə daxildir. Hemoqlobin isə bütün orqan və sistemlərə oksigen daşıyır. Dəmirin çatışmazlığı qanda hemoqlobinin azalmasına səbəb olur ki, bu müxtəlif pozulmaların inkişafına təkan verir.

Qanazlığı qadınlarda kişilərlə müqayisədə daha tez-tez inkişaf edir. Bunun səbəbi menstruasiya, doğuş, əmizdirmədirmə zamanı dəmirin daim itirilməsidir. Bundan əlavə qadınlar tez-tez balanslaşdırılmamış pəhrizlər saxlayırlar ki, bu da anemiyanın inkişafına səbəb olur.

Bir çox hallarda insanlar özündə anemiyanın simptomlarını hiss edir, lakin buna fikir vermir, həkimə müraciət etmirlər. Ümumiyyətlə insanların əksəriyyəti anemiyanı ciddi xəstəlik kimi qəbul etmirlər. Hətta bu diaqnoz qoyulduqdan sonra müalicəyə ciddi yanaşmırlar.

Əslində isə qanazlığı çox ciddi pozulmadır. Anemiya zamanı immun sistemi əziyyət çəkir. Bu isə o deməkdir ki, insan müxtəlif infeksiyalara qarşı çox həssas olur, daha tez-tez və ağır xəstələnir, gec sağalır. İmmun sisteminin kəskin zəiflənməsi hətta xərçəngin inkişafına təkan vərə bilər.

Digər tərəfdən qanazlığı ürək-damar sisteminə çox mənfi təsir edir. Ürək əzələsi (miokarda) vaxtından tez zəifləyir, qocalır.

Qanazlığı mərkəzi sinir sistemi, xüsusilə də baş beyini üçün ziyanlıdır. Beyin digər orqanlarla müqayisədə daha çox oksigen tələb edir. Məhz bu səbəbdən oksigenin  çatışmazlığı zamanı beyinin normal fəaliyyətində pozulmalar yaranır.

Beləliklə, qanazlığı çox ciddi pozulmadır ki, onu vaxtında aşkar etmək və müalicə etmək lazımdır.

Qanazlığının yüngül formalarında düzgün qidalanmanın köməyi ilə bu pozulmanı aradan qaldırmaq mümkündür. Daha ağır formalarda yalnız qidalanma kömək etməyəcək, xəstəyə xüsusi müalicə tələb olunur.

Qanazlığının simptomları arasında:

- iş qabiliyyətinin kəskin azalması

- zəiflik, yorğunluq, yuxululuq

- əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi

- yaddaşın zəifləməsi

- başgicəllənməsi

- ürək döyünməsinin tezləşməsi

- dərinin quru olması, qabıqvermə

- dirnaqların solğun və kövrək olması

- saçların tökülməsi

- dodaqların kənarlarında çatların əmələ gəlməsi.

Qanazlığı zamanı insan qeyri-adi dadları və iyləri (benzinin, lakın iyi, təbaşirin, farşın dadı) xoşlamağa başlayır. Bu da çox xarakterik simptomdur.

Özünüzdə bu kimi simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri