Icma.az
close
up
RU
Qanda şəkərin səviyyəsini azaltmaq üçün yeni təbii vasitə aşkarlanıb

Qanda şəkərin səviyyəsini azaltmaq üçün yeni təbii vasitə aşkarlanıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 aprel, AZƏRTAC

Çinli alimlər müəyyən ediblər ki, fruktooliqosaxaridlər ilə çaytikanının birgə istifadəsi qanda şəkərin səviyyəsini azalda və yağ mübadiləsinin göstəricilərini yaxşılaşdıra bilər.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Food & Function (F&F)” jurnalında dərc olunub.

Araşdırma ikinci tip şəkərli diabeti olan siçovullar üzərində aparılıb. Bu xəstəlik zamanı orqanizm insulin hormonundan səmərəli istifadə etmir. Nəticədə qanda qlükozanın səviyyəsi yüksəlir, sonradan isə orqan və toxumalarda zədələnmələr yaranır.

Acqarına əlavə qəbulundan sonra heyvanlarda şəkərin səviyyəsi azalıb. Qanda triqliseridlərin və ürək-damar xəstəlikləri riski ilə bağlı olan “pis” xolesterinin (aşağı sıxlıqlı lipoproteinlərin) konsentrasiyası da aşağı düşüb.

Alimlərin sözlərinə görə, fruktooliqosaxaridlər prebiotiklərdir, yəni mədədə həzm olunmayan, lakin bağırsaqdakı faydalı bakteriyalar üçün “qida” rolunu oynayan maddələrdir. Çaytikanı isə vitaminlər, antioksidantlar və yağ turşuları kimi bioloji aktiv birləşmələrlə zəngindir.

“Təsir eyni anda bir neçə mexanizmlə bağlıdır. Birincisi, bağırsaq mikrobiotasının, yəni bağırsaqda yaşayan mikroorqanizmlərin ümumi tərkibi dəyişib. Maddələr mübadiləsinin normal gedişi ilə bağlı olan “Bifidobacterium” və “Akkermansia” kimi faydalı bakteriyaların sayı artıb, iltihabı gücləndirən bakteriyaların sayı isə azalıb”, – deyə tədqiqatçılar bildiriblər.

Əlavə həmçinin qaraciyərdə yaranan və yalnız yağların həzmində deyil, həm də qanda şəkər və lipidlərin səviyyəsinin tənzimlənməsində iştirak edən öd turşularının mübadiləsini normallaşdırıb. Bundan başqa, heyvanlarda metabolik pozuntuları tez-tez müşayiət edən və diabetin gedişatını ağırlaşdıran iltihab əlamətləri zəifləyib.

Müəlliflər vurğulayırlar ki, hələlik söhbət heyvanlar üzərində aparılmış təcrübədən gedir. Bununla belə, əldə olunan nəticələr prebiyotiklərlə bitki tərkibli komponentlərin birləşməsinin diabetin profilaktikası və əlavə korreksiyası üçün perspektivli istiqamət olduğunu göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2026 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri