Icma.az
close
up
RU
Qanla yazılmış tarix Xocalı faciəsi

Qanla yazılmış tarix Xocalı faciəsi

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə, 25 fevral, Elcan Məmmədov, AZƏRTAC

Son iki əsrdə soydaşlarımıza qarşı məqsədyönlü və planlı şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Ardıcıl və mərhələli şəkildə həyata keçirilən bu qeyri-insani siyasət nəticəsində yerli əhali olan azərbaycanlılar indi Ermənistan adlandırılan, min illər boyu yaşadıqları tarixi Azərbaycan torpaqlarından didərgin salınmış, kütləvi qətliam və qırğınlara məruz qalmışdır.

Planlı və məqsədli şəkildə Çar Rusiyasının birbaşa təşəbbüsü ilə müxtəlif ölkələrdən, xüsusən İran və Türkiyədən Qarabağa köçürülən ermənilər onlara “bəxşiş” verilən torpaqlarla razılaşmamış, daha münbit və zəngin ərazilərimizə göz dikmişlər. Onlar İrəvan, Qərbi Zəngəzur, Naxçıvan və Qarabağın dağlıq hissələri kimi tarixi Azərbaycan torpaqlarını öz ərazilərinə qatmaq üçün hiyləgər və məkrli planlar qurmuşlar.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Dövlət Aqrar Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi Zəfər Qurbanov deyib.

O bildirib ki, erməni qəsbkarları 1905–1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. 1918–1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tbilisidə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və digər ərazilərdə on minlərlə dinc azərbaycanlı etnik mənsubiyyətinə görə soyqırımlara və işgəncələrə məruz qalıb.

İki yüz mindən çox azərbaycanlı öz tarixi ata-baba yurdlarından qovularaq didərgin salınıb. “Dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm xülyalarını reallaşdırmaq üçün 1988-ci ildən başlayaraq Azərbaycana qarşı soyqırımları həyata keçirən erməni daşnakları on minlərlə soydaşımızı qətlə yetiriblər.

“Tarixi havadarlarından dəstək alan Ermənistan başladığı qanlı münaqişə nəticəsində torpaqlarımızın 20 faizini illərlə işğal altında saxlayaraq separatizmin mərkəzinə çevirmişdilər. Nəticədə bir milyondan artıq soydaşımız doğma yurdunda köçkün və qaçqın həyatı yaşamağa məcbur olmuşdu. Tarixi yurd yerlərimiz, yaşayış məskənlərimiz, maddi-mədəniyyət abidələrimiz erməni separatçıları tərəfindən vəhşicəsinə yerlə-yeksan edilmişdi. Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və Qarabağın digər azərbaycanlılar yaşayan kəndlərində törədilən cinayətlər, nəhayət, Xocalı soyqırımı özlərini “məzlum və əzabkeş erməni” kimi təqdim edənlərin vicdanında əbədi qara ləkə kimi qalacaq tarixi cinayətlərdir. Xocalı faciəsi XX əsrdə “böyük Ermənistan” və yalnız ermənilərdən ibarət dövlət yaratmaq kimi şovinist siyasətin nəticəsidir. Bu faciə Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli cinayətlərdən biridir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən bu cinayətlərə vaxtında lazımi qiymət verilməməsi erməni qəsbkarlarının öz vəhşiliklərini davam etdirməsinə şərait yaratmışdır”, - deyə rektor diqqətə çatdırıb.

Zəfər Qurbanov bildirib ki, Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə erməni silahlı dəstələri Xankəndidə yerləşən 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib. Xocalı əvvəlcə ağır texnikalardan şiddətli atəşə tutulub, şəhərə daxil olan separatçı qüvvələr dinc əhaliyə qarşı soyqırımı törədiblər. Canını qurtarmağa çalışan sakinlər meşələrdə pusquya salınaraq xüsusi amansızlıqla qətlə yetiriliblər. Terrorçu erməni birləşmələri 613 dinc sakini xüsusi qəddarlıqla öldürüb, 1275 nəfəri girov götürüb, 8 ailəni tamamilə məhv edib, 25 uşağı hər iki valideynindən, 130 uşağı isə bir valideynindən məhrum edib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur”. Xocalı soyqırımı təkcə azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayətdir. Bu faciə Azərbaycan xalqının mübarizə əzmini qırmaq məqsədi daşıyırdı, lakin xalqımızın iradəsini sındıra bilmədi.

“Artıq 34-cü ildönümünü yad etdiyimiz Xocalı soyqırımı xalqımızın yaddaşında silinməz iz buraxıb. Azərbaycan dövləti uzun illər boyu Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl işlər görüb. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində məlumatlandırma tədbirləri keçirilib. 18 ölkənin parlamenti, ABŞ-nin 20-dən çox ştatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb”, - deyə o vurğulayıb.

Rektor əlavə edib ki, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində qazanılan Zəfər həm də Xocalı qurbanlarının qisasının alınması deməkdir: “2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində isə Xocalı separatçılardan təmizləndi. Həmin il oktyabrın 15-də Xocalıda Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. Bu hadisə şəhidlərin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirdi. Dövlətimiz Xocalını yenidən inşa edir, müasir infrastruktur yaradılır. Xocalı sakinləri “Böyük Qayıdış” Proqramı çərçivəsində doğma yurdlarına qayıdırlar. Bu gün Xocalı ümidin, dirçəlişin və inkişafın mərkəzinə çevrilib. Şəhərin yenidən qurulması Azərbaycan xalqının öz tarixinə sahib çıxmasının və gələcəyə inamla baxmasının parlaq nümunəsidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Fevral 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri