Icma.az
close
up
RU
Bu il Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsindən 33 il ötür

Bu il Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsindən 33 il ötür

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tarixin elə ağrılı-acılı, qanlı-qadalı səhifələri var ki, onların dəhşətləri zaman keçdikcə də unudulmur, yaraları qaysaq bağlasa da, hey göynəyir. XX əsrdə xalqımızın başına gətirilən Xocalı müsibəti kimi! Xocalı qətliamı nəinki Azərbaycan xalqının tarixində, bütövlükdə bəşər tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir.

Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdı. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridi. Soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib.

Tarix boyu ermənilər azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayətlər törədiblər. Əsrlər boyu davam edən bu erməni təcavüzlərinin arxasında türk düşmənçiliyi ilə yanaşı “Böyük Ermənistan” ideyası dayanmışdır. Ermənilərin əsassız torpaq iddiaları nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, onun faciəli nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərmişdir. Sözsüz ki, nəinki xalqımızın, bütün dünyanın tarixində baş vermiş ən qəddar cinayətlərdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçularının həyata keçirdiyi Xocalı soyqırımı olmuşdur.

Əslində, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid olmuşlar. Vəhşiermənilərtərəfindənşəhəriqanabələnmiş, yerüzündənsilinmişdir.

Hazırda Xocalı soyqırımının dünyaya tanıdılmasında istiqamətində məqsədyönlü işlər görülür. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ardıcıl və səmərəli fəaliyyətini xüsusi qeyd etməliyik. Hər il xarici ölkələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində tədbirlər keçirilir. Bu fəaliyyətin nəticəsində bir sıra dünya ölkələrinin parlamentləri Xocalı hadisəsini soyqırımı kimi tanıyıb. Bu işin davam etməsi üçün bu gün də, sabah da fəaliyyət aparılmalıdır.

Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb.Bu gün biz qalib ölkəyik, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dəmir yumruğu sayəsində, məğrur ordumuzun, igid oğullarımızın qanı, canı bahasına cəmi 44 gün ərzində böyük Zəfərə imza atdıq. Bu gün torpaqlarımız azaddır, bir vaxtlar düşmən tapdağı altında olan şəhərlərimizdə, kəndlərimizdə indi üçrəngli bayrağımız dalğalanır. İndi hər qarış torpağı şəhid qanı ilə sulanan həmin ərazilərdə şəhidlərimizin narahat ruhları rahatlıq tapdı, doğmalarına qovuşdu.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri