Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yasamalda, Yaşayış Kombinatı yaxınlığında yerləşən Qanlı göl adlanan su hövzəsində son günlər balıqların kütləvi şəkildə tələf olması müşahidə edilir.
Onlarla ölü balığı dalğalar sahilə atır. Bu isə ətrafda yaşayan insanları narahat edir.
Ekspert Rövşən Abbasov Baku TV-yə danışarkən bildirib ki, balıqların kütləvi ölümü başlıca olaraq zəhərlənmə və ya oksigen çatışmazlığı səbəbindən baş verir:
"Oksigen çatışmazlığı o zaman yaranır ki, yaxınlıqdakı ərazilərdən çirkab suları gölə axıdılsın. Bu zaman oksigeni istehlak edən bakteriyaların sayı artır. Bu isə əlbəttə ki, göldə oksigen səviyyəsinin kəskin aşağı düşməsinə və balıqların boğularaq kütləvi şəkildə tələf olmasına səbəb olur".
Bu mövzuda digər xəbərlər:Kolumbiyada müharibə Onlarla ölü var
21 Yanvar 2025 01:17
Xəzər sahilində qara təhlükə: Lənkəranda sahilə mazut parçaları çıxır (FOTO)
02 Aprel 2026 11:01
30 min ölü balıq sahilə çıxdı
16 Yanvar 2025 00:10
Günahsız insanları atəşə tutdular Onlarla ölü
07 Fevral 2026 20:08
Ukraynaya hücum: bir ölü, onlarla yaralı…
18 Aprel 2026 23:15
Baxış sayı:186
Bu xəbər 13 Sentyabr 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















