Icma.az
close
up
RU
Qanlı gözlər ayini Bu liderlər gizli təşkilatın üzvüdür?

Qanlı gözlər ayini Bu liderlər gizli təşkilatın üzvüdür?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

 

Fransa Prezidenti Emmanuel Makronun gözünün içinin qanaması yeni bir konspiroloji nəzəriyyəni gündəmə gətirib. İddialara görə, bəzi siyasətçilər və milyarderlər sirli bir ittifaqın üzvüdürlər və onlarda müşahidə edilən bu göz qanaması hansısa gizli ayinin nəticəsidir.

Blogerlər daha əvvəl ABŞ-ın sabiq prezidenti Co Baydenin, Böyük Britaniya kralı Çarlzın, ABŞ-ın sabiq vitse-prezident Mayk Pensin və digər siyasətçilərin gözünün içinin qanamasını “gizli təşkilatda keçirilən ayin”lə əlaqələndirirlər.

Bu iddiaların əsası varmı? Doğrudanmı dünya və Avropa liderlərinin üzv olduğu gizli bir sekta və ya təşkilat mövcuddur?

Globalinfo.az-a danışan siyasi şərhçi Elçin Alıoğlu deyib ki, Makronun gözündəki qızartı qan damarının partlaması ilə bağlıdır və bunu hansısa sekta ilə əlaqələndirmək absurddur:

“Ümumiyyətlə, Fransa və Avropa mediasında belə bir tendensiya var: Makronun hər jesti, pauzası, baxışı, intonasiyası sanki zərrəbinnə qoyulur. O, illərdir ifrat vizual nəzarət altındadır. Bu kontekstdə qızarmış göz artıq tibbi fakt olmaqdan çıxaraq müxtəlif mənaların yükləndiyi bir simvola çevrilir”.

E.Alıoğlu qeyd edib ki, Makronun gözünün qızarması təsadüfi deyil:

“O, Paris üçün olduqca ağır bir şəraitdə ortaya çıxıb. Ölkədə dərin daxili siyasi böhran yaşanır. Sosial narazılıq fasiləsiz artır, maaşlar artmır, qiymətlər isə sürətlə bahalaşır. Üstəlik, xarici siyasətdə ardıcıl uğursuzluqlar, Fransanın bir sıra regionlarda, o cümlədən Cənubi Qafqazda əvvəlki mövqelərini itirməsi və nəhayət, siyasi resurslarının tükənməsi fonunda ictimai şüur sadə mexanizmlə işləyir. Əgər lider fiziki cəhətdən yorğun, gözü qızarmış görünürsə, deməli, sistem çat verib”.

Müsahibimizin sözlərinə görə, siyasi mədəniyyətdə qızarmış göz adətən yuxusuz gecələr, ifrat əsəbilik və ya daxili çəkişmələrlə assosiasiya olunur:

“Makronda bunların hamısı var. Orta əsrlərdə buna “siçovul gözü” deyirdilər və bu, siyasi baxımdan mövqelərin zəifləməsi anlamına gəlirdi. Bəli, hakimiyyət motivlərini, planlarını gizlədə bilər, amma yorğunluğunu gizlədə bilmir. Nikolo Makiavelli deyirdi ki, bəzən bir qızarmış göz onlarla açıqlamanı əvəz edə bilər”.

E.Alıoğlu əlavə edib ki, Makron yürütdüyü siyasətin qurbanına çevrilib:

“Adətən siyasətçilər böyük siyasətdən istifadə edərək hakimiyyətlərini möhkəmləndirirlər. Makron isə hakimiyyətdən istifadə edərək siyasətinə haqq qazandırmağa çalışır. Bu, olduqca acınacaqlı vəziyyətdir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Yanvar 2026 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri