Icma.az
close
up
RU
Azərbaycan İƏT ailəsinin fəal üzvüdür

Azərbaycan İƏT ailəsinin fəal üzvüdür

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycan dövləti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə geniş əlaqələrə malikdir. Beynəlxalq müstəvidə İslam həmrəyliyinə və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verən ölkəmiz bu nüfuzlu təşkilatın fəal üzvlərindən biridir. İƏT nüfuzlu beynəlxalq qurum olaraq ötən illər ərzində hər zaman Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycanın ədalətli mövqeyinə dəstək nümayiş etdirib. Bu qurum, həmçinin Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Təqdirəlayiq haldır ki, 44 günlük Vətən müharibəsində də İƏT Azərbaycanın haqq işinə dəstək nümayiş etdirib. İƏT-in Baş Katibliyinin, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvlərinin və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) nümayəndə heyətləri bir neçə dəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfər ediblər. Onların Ermənistan tərəfindən İslam irsinə qarşı törədilmiş vəhşiliklərin bilavasitə şahidi olmasının da böyük əhəmiyyəti var. Çünki Ermənistanın İslama qarşı tutduğu düşmənçilik mövqeyi bütün müsəlman ölkələrinin ictimaiyyətinə çatdırılır.

İƏT Baş katibi Ümumdünya Şəhərsalma Forumuna dəvət olunub

Qeyd edək ki, ölkəmizdə keçirilən müvafiq beynəlxalq tədbirlərdə  İƏT fəal təmsil olunur. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində bir sıra görüşlər keçirilib. Bundan başqa, İƏT Baş katibinin və təşkilatın məsul şəxslərinin intensiv olaraq ölkəmizə səfərləri Azərbaycanın müsəlman dünyasında nüfuzunun və mövqeyinin əyani göstəricisidir. Biz bu faktlara ölkəmizin 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini də əlavə edə bilərik. Yeri gəlmişkən, İƏT gələn il ölkəmizdə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna  (WUF13) dəvət olunub. Belə ki,  Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Şahin Abdullayev Prezident İlham Əliyevin dəvət məktubunu İƏT-in Baş katibi Hissein Brahim Tahaya təqdim edib. Baş katib dəvət məktubunu məmnuniyyətlə qəbul edib və 2026-cı ildə 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

İƏT mühüm beynəlxalq tribunadır

Onu da qeyd edək ki, Azərbaycan da İƏT çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edir. Sonuncu belə bir mötəbər tədbir 21-22 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində baş tutub. Belə ki, həmin tarixdə İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilib. Toplantıda “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusu müzakirə olunub. Əvvəlki toplantılarla müqayisədə rekord sayda yüksəksəviyyəli iştirakın olduğu sessiyaya bu il 40-dan çox ölkənin XİN başçısı qatılıb. Toplantıda İƏT-ə üzv 57 ölkə ilə yanaşı, təşkilata bağlı qurumlar, müşahidəçi ölkələr və digər beynəlxalq təşkilatlardan təxminən 1000 nəfərlik heyət iştirak edib. Sessiyada İsrail ilə Fələstin arasında davam edən gərginlik, bu məsələnin iki dövlət prinsipi əsasında həll olunması istiqamətində atılacaq addımlar, İsrail-İran münaqişəsi, müsəlman cəmiyyətlərinə təsir edən çağırışlarda əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə edilib.

Azərbaycanı həmin tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. C.Bayramov sessiyada çıxışında İƏT coğrafiyasında artan geosiyasi gərginliklər fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs edib. Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyini İslam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyi qeyd olunub.

Beynəlxalq təşkilatdan Qərbi azərbaycanlılara dəstək

Sessiyanın yekunlarına dair “İstanbul Bəyannaməsi”ində də Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası məsələsi də vurğulanıb. Tədbirdə  Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. İƏT çərçivəsində ilk dəfə olaraq “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə qəbul edilib. Sənəddə İcma üzvlərinin öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunub. Bundan başqa, Ermənistan tərəfəindən  Qərbi azərbaycanlıların vətəndaşlıq hüquqlarının bərpa olunmasının inkar edilməsi sənəddə qınanılıb.

Bu sənədin qəbul edilməsi Qərbi azərbaycanlıların hüquqlarına dair məsələnin beynəlxalq səviyyədə, sənədlərdə öz əksini tapması rəsmi Bakının siyasi-diplomatik uğuru sayıla, təşkilata üzv dövlətlərin tarixi haqsızlığın aradan qalxması üçün başlanğıc addım saymaq olar. Bu kimi sənədlərin perspektivdə başqa beynəlxalq təşkilatlarda da qəbul edilməsi Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Bütövlükdə, bu kimi faktlar Azərbaycanın İƏT çərçivəsində həyata keçirdiyi fəal siyasətin göstəricisidir. Azərbaycan hər zaman İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəstəkləyib, İslam ölkələri arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərib.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:295
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyul 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri