Icma.az
close
up
RU
Qanun və ədalətin qoruyucuları: Azərbaycan polisi

Qanun və ədalətin qoruyucuları: Azərbaycan polisi

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əgər bu gün küçədə tam azad və təhlükəsiz şəkildə gəzə biliriksə, gecənin istənilən saatında istədiyimiz yerə gedə, yaxud ailəmizlə rahat şəkildə küçəyə çıxa biliriksə, bu ölkə asayişdədirsə, bunun səbəbi Prezident İlham Əliyevin Azərbaycanı sabitlik adasına çevirməsi və bu uca amal uğrunda Azərbaycan polisinin gecə-gündüz çalışmasıdır. Bəli, məhz Azərbaycan polisinin öz peşəsini şərəflə yerinə yetirməsi Vətənimizi dünyanın ən təhlükəsiz yerinə çevirib.
Bu fakt beynəlxalq təşkilatların hesabatlarında da yer alır. Azərbaycan bu gün dünyanın 100 ən təhlükəsiz ölkəsindən biridir. “Global Terrorism Index 2025” (GTİ) hesabatında Azərbaycan 90-cı yerdə qərarlaşıb və ötən illə (89) müqayisədə reytinqini bir pillə də yüksəldib. 
GTİ reytinq sıralanması terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstərici üzrə qəbul edilmiş mürəkkəb hesablamalara əsaslanır. GTİ də təsdiq edir ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir.
Bu göstəricinin əldə edilməsinin təməlində məhz Azərbaycan polisi dayanır. Məhz onların peşələrini şərəflə yerinə yetirməsi həyatımızı asanlaşdırır, ölkəmizi sabitlik yuvasına çevirir.
Hamımız qarşılaşmışıq, yaxud yayılan məlumatlardan görmüşük. Vətəndaşın avtomobili küçədə qalır, yardıma polis gedir, yanğın, yaxud hava şəraiti ilə bağlı fövqəladə hal yaşanır, polislərimiz dərhal hadisə yerindədir. Yolu keçməyə çətinlik çəkən yaşlı vətəndaşa da polis kömək edir, yolunu azmış azyaşlıya da. Biz rahat yataq deyə polislərimiz yatmır, biz rahat yaşayaq deyə onlar gecə-gündüz çalışırlar.  
Azərbaycan polisi hər zaman – cinayətkarların zərərsizləşdirilməsində də, qanunsuzluqların aradan qaldırılmasında da, yol-nəqliyyat hərəkətlərinin tənzimlənməsində də, bir sözlə gündəlik həyatımızın hər bir anında bizim – vətəndaşın keşiyindədir. Ölkədə asayişi qoruyan Azərbaycan polisi həm də Vətənimizin bütövlüyü uğrunda ön cəbhədə döyüşən qəhrəmanlarımızdır. 
Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də, antiterror əməliyyatı zamanı da polislərimiz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşərək, şəhid oldular. 44 günlük müharibədə Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu yaralanıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncamlarla Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər müxtəlif orden və medallara, 4 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Suverenliyimizin tam bərpa edildiyi antiterror əməliyyatı zamanı isə Daxili İşlər Nazirliyinin 20 əməkdaşı şəhid olub.
Onlar cəbhədə döyüşərkən, həm də ölkə daxilində asayişin keşiyində dayanırlar. Respublikanın bütün nöqtələrində, o cümlədən, işğaldan azad edilmiş ərazilərdə şərəflə xidmət edən Azərbaycan polisi peşəkarlığı ilə dünyada xüsusilə seçilir. Təsadüfi deyil ki, indiyə qədər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli yarışlarda – “Avroviziya” mahnı müsabiqəsi, Avropa Oyunları, COP29 və s. təhlükəsizlik yüksək səviyyədə təmin olunub və heç bir problem yaşanmayıb. Bütün bunlar məhz Azərbaycan polisinin peşəkarlığından xəbər verir.
Bu gün nazir Daxili İşlər Nazirliyi ölkənin ən peşəkar orqanlarından biridir. Bu, indiyə qədər təhlükəsizliyin təmin edilməsində əldə olunan uğurlarda da, beynəlxalq reytinqlərdə də, gündəlik həyatımızda da əyani şəkildə təsdiq olunur. 
Azərbaycanın 90-cı illərin qaranlığından çıxmasında və bugün sabitlik adasına çevrilməsində polislərimizin titanik əməyi var. Azərbaycan polisi Azərbaycan dövlətinin gücü, ictimai asayişin və xalqın təhlükəsizliyinin müdafiəçisidir. Onlar gecə-gündüz bu vəzifəni şərəflə yerinə yetirirlər.
Prezident İlham Əliyevin dediyi kimi, “Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”.
Hər bir vətəndaşımız polislərimizə minnətdardır! 
Vasif Həsənli
“Demokrat.az” xəbər portalının baş redaktoru
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri