Icma.az
close
up
RU
Azadlığın və ədalətin kitabı Azərbaycan Konstitusiyası

Azadlığın və ədalətin kitabı Azərbaycan Konstitusiyası

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.


AYNUR TURAN
“Göy Qurşağı” Uşaq Jurnalının redaktoru

Bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülmüşdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz ölkəmizin bütün ictimaiyyəti qarşısında belə deyə bilərik ki, biz tarixi bir sənədin yaradılmasının işrirakçılarıyıq, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd — siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış Konstitusiyadır. Konstitusiya layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından fərqlənir. Ona görə fərqlənir ki, bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır.

Heydər Əliyev,

Ümummilli lider

Konstitusiya hər bir ölkədə əsas qanun kimi ali hüquqi qüvvəyə malikdir. Dövlətin təməl prinsiplərini, siyasi hüquqi və iqtisadi araşdırmalarını təsbit edən bu ali sənəd vətəndaşların hüquq və azadlıqlarına zəmanət verir, ölkənin gələcək inkişafı prioritetlərinin müəyyənləşdirir. Bütövlükdə cəmiyyət həyatın başlıca sahələrində dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edən Konstitusiya ali hüquqi xüsusiyyətləri ilə hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Tarixdən məlum olduğu kimi, yeni yaranan, müstəqilliyə qovuşan və ya köklü siyasi - iqtisadi dəyişikliklərin həyata keçirildiyi ölkələrdə 3 vəzifələrdən biri məhz dövrün də tələblərinə uyğun Konstitusiyanın qəbulu olmuşdur. Bu mənada təsadüfi deyil ki, 1991- ci il oktyabr ayının 18-də qəbul edilən "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" nda ölkəmizin yeni Konstitusiyasının hazırlanması ilə bağlı müddəa öz əksini tapmışdır. Azərbaycanda yeni Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu.

Azərbaycan Respublikasının Konstitusiya Günü — dövlətçiliyimizin hüquqi əsaslarının formalaşmasını, xalqın suveren iradəsinin təcəssümünü və müstəqil dövlət quruculuğu prosesinin mühüm mərhələsini ifadə edən tarixi bir gündür. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi, iqtisadi və sosial həyatında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Bu sənəd Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının bünövrəsini təşkil etmiş, insan hüquq və azadlıqlarının təminatına yönəlmiş mütərəqqi prinsipləri ilə seçilmişdir.

Konstitusiyanın qəbul edilməsi Azərbaycan xalqının dövlətçilik iradəsinin və azad seçiminin parlaq təzahürüdür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və xalqın müzakirəsinə təqdim edilmiş bu ali hüquqi sənəd, müstəqilliyimizin hüquqi təminatını möhkəmləndirmiş, dövlət hakimiyyətinin təşkilinin, vətəndaş cəmiyyətinin qurulmasının əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Konstitusiyanın qəbulu təkcə hüquqi hadisə deyil, həm də milli ideologiyanın, demokratik dəyərlərin və vətəndaş məsuliyyətinin inkişafında dönüş nöqtəsi olmuşdur. Bu sənədin əsasında insan hüquqlarına hörmət, qanunun aliliyi, bərabərlik, dövlət suverenliyi, siyasi plüralizm və ədalət prinsipləri dayanır.

Azərbaycan Respublikasının Konstitusiya Günü hər il 12 noyabr tarixində qeyd olunur və bu gün dövlət orqanlarında, təhsil müəssisələrində, ictimai təşkilatlarda geniş maarifləndirici tədbirlərlə müşayiət edilir. Bu tədbirlərin məqsədi vətəndaşlarda Konstitusiyanın hüquq düşüncəsini formalaşdırmaq, gənc nəsildə dövlətçilik şüurunu və hüquqi mədəniyyəti gücləndirməkdir.

Müstəqillik və suverenlik millətlərin sahib ola biləcəyi ən qiymətli sərvətdir. Hər bir millətin müstəqillik salnaməsi və suverenlik yolu məhz onun malik olduğu dövlətçilik ənənələrindən, azadlıq düşüncəsindən, milli-mənəvi irsindən, tarixi keçmişindən və intellektual potensialından asılı olaraq əldə edilir və yaşadılır. Azərbaycan xalqı tarixboyu müstəqillik uğrunda və öz suverenliyini qorumaq üçün müxtəlif mübarizələr aparmışdır. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud olmasına baxmayaraq, xalqımızın dövlətçilik iradəsini nümayiş etdirərək öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. Lakin bolşevik işğalı nəticəsində bu müstəqillik və suverenlik cəmi 23 ay davam etdi və 70 il ərzində Azərbaycan SSRİ-nin tərkibində qaldı.

1991-ci ildə SSRİ-nin süqutundan sonra həmin il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illərində ölkəmiz ciddi siyasi böhran, iqtisadi tənəzzül və çətinliklərlə üzləşdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi qeyri-sabitlik və idarəetmə böhranı Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükə və təhdidlər yaratmışdı.

Respublikamızın müstəqilliyinin elan edildiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, ölkədə mövcud olan ictimai-siyasi qeyri-sabitlik, qanunsuz silahlı dəstələrin özbaşınalığı, hakimiyyət uğrunda zorakılığa söykənən mübarizə, vahid siyasi iradənin olmaması, anarxiya yeni Konstitusiyanın qəbulunu mümkünsüz edirdi. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdışınadək Azərbaycan vətəndaş müharibəsi astanasına sürüklənmiş, milli dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzbəüz qoyulmuşdu. Yürüdülən məqsədyönlü siyasət nəticəsində qanunlara hörmət həyat normasına çevrilərək öz bəhrəsini verdi. Bütün bunlar Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi.

Dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirən Əsas Qanun həm də cəmiyyət həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və yol verilən həddini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir. Bütün bu və ya digər xüsusiyyətləri etibarilə konstitusiyalar hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir. Azərbaycanın tarixində bir neçə dəfə Konstitusiya qəbul edilsə də, həmin sənədlər totalitar sistemin tərkibinə daxil olan müttəfiq respublikada qəbul edildiyi üçün xalqın iradəsini, milli maraqlarını əks etdirmir və müasir beynəlxalq insan hüquqlarının tələblərinə cavab vermirdi.

Respublikamızın müstəqilliyinin elan edildiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, ölkədə mövcud olan ictimai-siyasi qeyri-sabitlik, qanunsuz silahlı dəstələrin özbaşınalığı, hakimiyyət uğrunda zorakılığa söykənən mübarizə, vahid siyasi iradənin olmaması, anarxiya yeni Konstitusiyanın qəbulunu mümkünsüz edirdi. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdışınadək Azərbaycan vətəndaş müharibəsi astanasına sürüklənmiş, milli dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzbəüz qoyulmuşdu. Yürüdülən məqsədyönlü siyasət nəticəsində qanunlara hörmət həyat normasına çevrilərək öz bəhrəsini verdi. Bütün bunlar Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı, Azərbaycanın müstəqilliyinin qorunmasında və suveren dövlət kimi formalaşmasında həlledici rol oynadı. Dahi şəxsiyyətin əsasını qoyub həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə etibarı gücləndirildi, beynəlxalq əlaqələr möhkəmləndirildi, ölkədə siyasi sabitlik təmin edildi, hüquqi və iqtisadi islahatlar aparıldı, hüquqi dövlət quruculuğu yolunda ən mühüm addımlardan biri atıldı – müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.

Konstitusiyanın yaradılması ideyasının irəli sürülməsində, onun layihəsinin hazırlanmasında və qəbulunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Belə ki, görkəmli dövlət xadiminin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbul edilməsi ön plana çəkilmişdir. 1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təsdiq edildi. Komissiyanın tərkibinə tanınmış ictimai-siyasi xadimlər, alimlər, peşəkar hüquqşünaslar daxil oldu. Komissiyanın sədri isə Ulu Öndər Heydər Əliyev seçildi.

Ümummilli Lider yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlamağı tövsiyə edərək deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”.

Yaradılmış komissiya tərəfindən çox qısa bir müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, Azərbaycan Respublikasının Konstitusiyasının layihəsi hazırlanıb 1995-ci il oktyabrın 15-də ictimai müzakirəyə təqdim olundu.

Beləliklə, 30 il öncə – 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək preambulasında təsbit olunmuş – Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərlə ümumxalq səsverməsi – referendum yolu, 94,5 faiz səs çoxluğu ilə ilk milli Konstitusiyasını qəbul etmişdir. Bu sənəd dövlətin hüquqi əsaslarını müəyyən edərək dövlət idarəçiliyinin prinsiplərini, vətəndaş hüquq və azadlıqlarını və qanunun aliliyini təsbit etdi.

Konstitusiya, həmçinin, suverenlik anlayışını əsas prinsip kimi təsbit edərək məhz ön sırada – Əsas Qanunun 2-ci maddəsində əks etdirərək Azərbaycanın daxili və xarici siyasətdə müstəqil qərarlar qəbul etməsini təmin edən hüquqi çərçivə yaratmışdır.

Cəmiyyət inkişaf etdikcə meydana çıxan yeni ictimai münasibətlərin hüquqi tənzimi məqsədilə, bir qayda olaraq, qanunlar qəbul edilir. Bəzən bu, Konstitusiyaya əlavələrin və dəyişikliklərin edilməsinə də səbəb olur. Bu zərurət daim inkişafda olan ictimai həyatın obyektiv tələblərindən doğur. Qəbulundan sonra qanunvericilik sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün 2002-ci il, 2009-cu il və 2016-cı ildə keçirilmiş referendumlar vasitəsilə Konstitusiya daha da təkmilləşdirilərək ona əlavə və dəyişikliklər edilmiş, bu yeni müddəalar da, öz növbəsində, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsinə, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, hüquqi islahatların daha effektiv həyata keçirilməsinə xidmət etmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi təxribatlara və növbəti hərbi təcavüzünə cavab olaraq torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması və ədalətin bərpa edilməsi niyyətiylə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti və Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanılan tarixi qələbə, eləcə də Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən, cəmi 23 saat 43 dəqiqə davam edən uğurlu lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədləri, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi tam bərpa edilmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamla hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsini qərara almışdır.

Azərbaycan xalqının Vətən müharibəsində qələbəsinin 5-ci ildönümü, müstəqil dövlət üçün əsas şərtlərdən olan suverenliyin bərpa edilməsi, 30 il əvvəl ilk Konstitusiyanın qəbulunun ölkənin müstəqillik tarixinin mühüm hadisələrindən biri kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edildi.

Xalq olaraq biz bu əlamətdar tarixləri ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, Ali Baş Komandanın güclü iradəsi və qəhrəman Ordumuzun şücaəti sayəsində yaşayırıq.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın hüquqi dövlət quruculuğunda və milli suverenliyinin möhkəmləndirilməsində mühüm mərhələ olacaqdır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu il ərzində orta və ali məktəblərdə Konstitusiya dərslərinin keçilməsi, hüquqşünaslar və tələbələr üçün elmi konfransların təşkil olunması, yeni hüquqi islahatlar və qanunvericilik təşəbbüslərinin müzakirəyə çıxarılması, eyni zamanda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər təşkil edilməsi, dövlətçilik və suverenlik mövzusunda sənədli filmlərin çəkilməsi, Milli Qəhrəmanlarımızın tanıdılması üçün yeni təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlər hüquqi maarifləndirməni artıracaq, dövlət idarəetməsini təkmilləşdirəcək, gənc nəsillərin vətənpərvərlik ruhunu gücləndirəcək, onlarda vətəndaş şüurunu artıracaq, Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirəcəkdir.

Konstitusiya — dövlətin yaddaşı, xalqın qüruru, azadlığın səsi... O səs bu gün də millətimizin ürəyindən gəlir, sabahımıza nur saçır. Hər bir vətəndaş bu nurdan pay aldıqca, Azərbaycan daha ədalətli, daha qüdrətli olur.

Konstitusiya ili gənclərə, müəllimlərə, ziyalılara və bütün vətəndaşlara bir vəzifə xatırladır: Dövlətin qanunlarına hörmətlə yanaşmaq, ədalət duyğusunu yaşatmaq və azərbaycançılıq ideyalarına sadiq qalmaq. Çünki gələcəyin möhkəm sütunları bu gün hüquqa, azadlığa və mənəviyyata söykənən cəmiyyət üzərində ucalır.

Konstitusiya — xalqın ruhundan doğan, dövlətin yolunu işıqlandıran müqəddəs bir kitabdır. Onun hər bir maddəsində azadlığın nəfəsi, ədalətin səsi, insan ləyaqətinin izləri var.

Bu sənəd yalnız hüquqi çərçivə deyil, həm də milli kimliyimizin, birliyimizin və gələcəyə inamımızın ifadəsidir.

Konstitusiya İli bizə bir daha xatırladır ki, dövlətin ən böyük dayağı xalqın iradəsidir — və o iradə ədalət, azadlıq və inkişaf yolunda heç vaxt sönməyəcək.

Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi təminatı, dövlət quruculuğunun əsas hüquqi bazası, suverenliyimiz isə dövlətimizin gücünün rəmzidir. Qəhrəman Azərbaycan Ordusunun qanı, canı bahasına əldə edilmiş müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz əbədi olsun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri